Archives

“Klinik Psixologiya” kursu (fərdi dərs)

191608434_958919881542179_2371249663553592125_n

                        Fərdi dərslərimiz davam edir. Fotolar Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, psixoloq Nərmin Quliyevanın Amerika Psixoloqlar Assosiasiyasının proqramı ilə fərdi tədris etdiyi Klinik Psixologiya dərsindən görüntülərdir. Nəzəri biliklər və praktik texnikalarla zəngin olan dərslərdə siz də iştirak etmək istəyirsinizsə, bizimlə əlaqə saxlayın: 070… Ətraflı

“Uşaqlarda cinsi inkişaf: psixoloq və ginekoloq məsləhəti” vebinarı

193140036_958298241604343_3585291765814203444_n-1024x1024

Bu gün, 28.05.2021 tarixində Zoom platforması üzərindən növbəti maarifləndirici vebinarımız baş tutdu. “Uşaqlarda cinsi inkişaf: psixoloq və ginekoloq məsləhəti” mövzusunda vebinar Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin tərkibində fəaliyyət göstərən Uşaq Psixologiya bölməsinin rəhbəri, BDU-nun doktorantı, müəllimi, psixoloq Mətanət Əliyeva və ginekoloq-endokrinoloq Gülnarə İsmayılovanın… Ətraflı

“Psixososial reabilitasiya proqramı” çərçivəsində təlimlər təşkil olunmuşdur.

189533867_958031501631017_1504671627909867122_n

                        Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin əməkdaşları üçün psixososial reabilitasiya təlimi təşkil olunub. Psixologiya Elmi-Tədqiqat İnstitutu tərəfindən “Psixososial reabilitasiya proqramı” çərçivəsində təşkil olunan təlimlər əməkdaşların müvafiq sahədə bilik və bacarıqlarının artırılmasına xidmət edir. Müəssisədə çalışan 40-a yaxın işçinin cəlb olunduğu… Ətraflı

“Stressin idarə edilməsi” mövzusunda tələbələrlə görüş baş tutub.

189096199_957037081730459_3222921424675300440_n-1024x1024

Azərbaycan Texnologiya Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin Tələbə Elmi Cəmiyyətinin dəvəti və təşkilatçılığı ilə Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmovun tələbələrlə görüşü baş tutub. Zoom platformasında həyata keçirilən görüş “Stressin idarə edilməsi” mövzusuna həsr edilib. Elnur Rüstəmov mövzu üzrə öz zəngin bilik və təcrübəsini tələbələrlə bölüşüb, stressin həyatımızda rolu, onu yaradan faktorlar və düzgün şəkildə… Ətraflı

“Peşəkar Psixoloq Təcrübə Proqramı – 2” uğurla başa çatdı.

188594988_957411968359637_4821585301289661600_n

                        08.02.2021 tarixində başlayan və 3 ay müddətində davam edən “Peşəkar Psixoloq Təcrübə Proqramı – 2” uğurla başa çatdı. Qeyd edək ki, proqram Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin tərkibində fəaliyyət göstərən Uşaq Psixologiya bölməsinin rəhbəri, BDU-nun doktorantı, müəllimi,… Ətraflı

Yeniyetmələrdə intihara meylliliyin səbəbləri və həlli yolları

el-arabasi-alinan-karton-toplayicisi-intihara-kalkisti-738589-5

Bir çox tədqiqatçılar uşaqlıqdan gəncliyə keçid dövrü olan yeniyetməliyi; fırtınalı və stressli bir dövr kimi görür. Bu dövrü yaşayan hər bir fərdin fərqli problemləri olur və bəziləri duyğu qarışıqlığından qurtula bilmədikləri üçün intihara meyl göstərirlər. “Başqa yol yoxdur…” çarəsizliyi. İntiharda; Ümidsizlik, çarəsizlik və özünə-qəsd cəhdindən başqa bir yolun olmadığına inam çox yüksəkdir. Bu düşüncə insanı… Ətraflı

Bakı Dövlət Universitetinin “SABAH qrupları”-nın Psixologiya ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin təcrübə proqramı uğurla başa çatdı.

190337735_956871228413711_206529309777187774_n

                        Bakı Dövlət Universitetinin “SABAH qrupları”-nın Psixologiya ixtisası üzrə təhsil alan və Psixologiya Elmi-Tədqiqat İnstitutunda aktiv təcrübə keçən IV kurs tələbələrinin təcrübə proqramı uğurla başa çatdı. 01.03.2021 tarixindən 22.05.2021 tarixinədək olan müddət ərzində institutumuzun əməkdaşları tərəfindən təcrübəçi tələbələrə psixologiyanın aktual istiqamətlərində onların bilik və… Ətraflı

Psixo-help – “Abituriyentlərdə demotivasiya problemi” vebinarı

189913067_955895985177902_372421570317248098_n

                        Dəyərli izləyicilərimiz, Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin təqdim etdiyi “Psixo-help” layihəsinin növbəti görüşü 22.05.2021 tarixində baş tutdu. Qonağımız Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, klinik psixoloq Nuranə Salmanlı, mövzu isə “Abituriyentlərdə… Ətraflı

Tələbə Təcrübə Proqramı (son həftə)

187515715_954509711983196_620647899698151412_n-1024x1024

Bakı Dövlət Universitetinin “SABAH qrupları”-nın Psixologiya ixtisası üzrə təhsil alan və Psixologiya Elmi-Tədqiqat İnstitutunda aktiv təcrübə keçən IV kurs tələbələrinin təcrübə proqramına əsasən son həftənin yekununu sizinlə paylaşırıq:  17.05.2021 – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, BDU-nun müəllimi, psixoloq Əli Xəlilovun təqdimatında “Psixodiaqnostika” mövzusunda təlim;  18. 05.2021 – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, psixoloq… Ətraflı

Klinik Psixologiya Kursu (fərdi dərs)

188433499_954046065362894_627119432230246647_n-1024x1024

Fərdi dərslərimiz davam edir. Fotolar Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, psixoloq Nərmin Quliyevanın Amerika Psixoloqlar Assosiasiyasının proqramı ilə fərdi tədris etdiyi Klinik Psixologiya dərsindən görüntülərdir. Nəzəri biliklər və praktik texnikalarla zəngin olan dərslərdə siz də iştirak etmək istəyirsinizsə, bizimlə əlaqə saxlayın: 070 268 27 08 (mobil/what’s App)