“Peşəkar Psixoloq Təcrübə Proqramı – 2” uğurla başa çatdı.

  • Home
  • Xəbərlər
  • “Peşəkar Psixoloq Təcrübə Proqramı – 2” uğurla başa çatdı.
188594988_957411968359637_4821585301289661600_n

 

 

 

 

 

 

 

 

 

 

 

 

08.02.2021 tarixində başlayan və 3 ay müddətində davam edən “Peşəkar Psixoloq Təcrübə Proqramı – 2” uğurla başa çatdı.

Qeyd edək ki, proqram Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin tərkibində fəaliyyət göstərən Uşaq Psixologiya bölməsinin rəhbəri, BDU-nun doktorantı, müəllimi, psixoloq Mətanət Əliyevanın təqdimatında tədris olundu.

İştirakçıların təşəbbüsü ilə onlarla son görüşümüz çay süfrəsində baş tutdu.

Kursda iştirak edən hər kəs təcrübə proqramı ilə bağlı öz xoş təəssüratlarını və 3 ay müddətindəki xoş xatirələrini bizimlə bölüşdü, Psixologiya Elmi-Tədqiqat İnstitutu haqda, o cümlədən Mətanət xanım haqda xoş fikirlər səsləndirdi.

İştirakçılara Sertifikat təqdim edildi, xatirə fotoları çəkildi.

Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq biz də yüksək peşəkarlıqla tədris olunan kurs üçün əməkdaşımız Mətanət xanıma təşəkkürümüzü bildirir, iştirakçılara əldə etdikləri bilik və təcrübəni öz karyeralarında uğurla tətbiq etməyi arzu edirik!

Share to Odnoklassniki