‘Psixologiya tarixi’

Azərbaycanda psixologiya elminin inkişafında professor Bəxtiyar Əliyevin rolu.

IMG-20191126-WA0030

Ötən əsrin 70-ci illərində Amerika futuroloqları  dünyada  gedən prosesləri, elm və texnikanın sürətli  inkişafını və sair faktları təhlil edərək belə qənaətə gəlirdilər ki, XXI əsr psixologiya əsri olacaqdır. Həyat sübut etdi ki, həmin futuroloqlar  öz dediklərində yanılmayıblar. Dünyada baş verən hadisələri, qloballaşma, millətlərarası münasibətlərin dərinləşməsi, eləcə də konfliktlərin artması, informasiya-kommunikasiya texnologiyalarının  geniş  yayılması və s.… Ətraflı

Alfred Adler (1870-1937) “Hər şey fərdilikdən asılıdır”

alfed adler

Alfred Adler 7 fevral 1870-ci ildə Vyana şəhərində yəhudi əsilli taxıl satıcısı olan ailədə anadan olmub. Uşaq vaxtı raxit xəstəliyi keçirib və dörd yaşında yeriməyi öyrənib. Beş yaşında sətəlcəm olub və ölümdən qayıdıb. Uşaqlıq dövründən müxtəlif xəstəliklərdən əziyyət çəkdiyi üçün onda tibbə qarşı maraq yaranıb və həkim olmaq qərarına gəlib. Tibbi bitirdikdən sonra Adler, oftalmoloq… Ətraflı

Əkbər Bayramovun Azərbaycan Psixologiya Tarixində Rolu

100

Bayramov Əkbər Salman oğlu – psixologiya elmləri doktoru, əməkdar elm xadimi, professor. Həyatı 30 dekabr 1930-cu ildə Ağdam rayonunun Əlimədətli kəndində anadan olmuşdur. O, Əlimədətli kənd 7-illik məktəbini (1945), Ağdam Pedaqoji Texnikumunu (1945-1949) və Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin məntiq-psixologiya şöbəsini (1949-1954) əla qiymətlərlə bitirmiş, Universitetin Böyük Elmi Şurasının qərarı ilə psixologiya ixtisası üzrə aspiranturaya… Ətraflı

Muxtar Həmzəyevin Azərbaycan Psixologiya Tarixində rolu

394

​ Professor M.Ə.Həmzəyevin Respublikamızda psixologiya elminin inkişafında xidmətləri yüksək olmuşdur. O, Respublikamızda pedaqoji psixologiya və psixolinqvistika sahəsində fundamental tədqiqatları ilə tanınır. Məktəbdə psixoloji xidmətin həyata keçirilməsində ilk addımı atanlardan biri olmuşdur. Respublikamızın onun hüdudlarından kənarda da psixologiya elmini təmsil edən psixoloqlardan biridir. Həyatı Həmzəyev Muxtar Əliş oğlu 12 fevral 1929-cu il tarixdə Azərbaycan Respublikasının Laçın rayonunun Əhmədli kəndində… Ətraflı

Məmmədəli Məhərrəmovun Azərbaycan Psixologiya Tarixində rolu

0 (1)

M.C. Məhərrəmov (1909-1970) həm psixoloq kadrlarının hazırlanmasında, həm də psixologiya elminin inkişafında əvəzsiz xidmətlər göstərmişdir. O, 1931-1935-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun pedaqoji-psixoloji fakültəsini bitirmişdir. 1944-cüildə ADU-nun aspiranturasına daxil olmuş və ömrünün sonunadək orada çalışmışdır. O, 1955-ci ildə «Orta məktəbdə psixologiyanın tədrisi üsullarına dair», 1960 və 1961-ci illərdə «Psixologiya oçerkləri», 1968-ci ildə «Psixologiya» əsərlərini yazmışdır.… Ətraflı

Ə.Zəkuyevin Azərbaycan psixologiya tarixində rolu

350

Əhməd Kərədi  Məhəmməd oğlu Zəkuyev 1888-ci ildə Dağıstanın Lak rayonunun  Qumuç kəndində anadan olmuşdur.  Fəlsəfə elmləri doktoru, filosof,  professor  Zəkuyevin   Azərbaycanda yüksək ixtisaslı kadrların hazırlanmasında böyük xidmətləri olmuşdur. Ə.K.Zəkuyev  1917-ci ildə Dağıstanda «İlçi» qəzetində  redaktor kimi fəaliyyət göstərmişdir. Daha sonra Türkiyədə oxumağa gedən alim, 1921-ci ildə ( İstanbul Universiteti,  fəlsəfə fakultəsi ) təhsilini başa vurduqdan sonra Bakıya gəlmiş, 1922-1960-cı illərdə APİ-də dərs demişdir.… Ətraflı

Görkəmli pedaqoq-alim Əhməd Seyidovun həyatı və elmi yaradıcılığı

0

Psixologiya elminin tarixinə nəzər salarkən onun bir sıra elmlərlə o cümlədən pedoqogika elmi ilə sıx qarşılıqlı əlaqəli şəkildə inkişaf etdiyini açıq görə bilərik. Psixologiya və pedaqogika elmləri arasında başlıca əlaqə həmin elmlərin predmetlərinin yaxınlığı ilə bağlıdır. Əvvala həmin elmlərin obyekti inkişaf etməkdə olan insandır (uşaq və yaşlı). Digər tərəfdən, psixologiya insan psixikasının inkişaf qanunlarını öyrənir.… Ətraflı

Fuad İbrahimbəyovun Azərbaycanda psixologiya elminin inkişağında rolu

160;232

Fuad İbrahimbəyli Azərbaycanda psixologiya elminin bir elm kimi qərarlaşmasında və inkişafında görkəmli rol oynamışdır. O, özünün elmi – pedaqoji fəaliyyətində psixologiya elminin inkişaf tələblərini nəzərə almağa çalışmışdır. Fuad bəy bu gün ali məktəblərimizdə çalışan, psixologiya kafedrasına rəhbərlik edən kadrların bütöv bir nəslinin bilavasitə müəllimi olmuşdur. O, yüksək ixtisaslı psixoloq kadrlar yetişdirilməsinə əsl atalıq qayğısı göstərmiş,… Ətraflı

Aleksandr Makovelskinin Azərbaycan psixologiya tarixində rolu

250;331

Aleksandr Makovelski – Azərbaycanda Elmi Psixologiya inkişafında əvəzsiz xidməti olan alim , 22 iyul 1884-cü ildə Qrodno şəhərində anadan olmuşdur. 16 dekabr 1969-cü ildə Bakı şəhərində vəfat etmişdir. İxtisasca tarixçi-filosof idi. 04 Dekabr 1946-ci ildən SSRİ Elmlər Akademiyasının tarix və fəlsəfə bölməsinin müxbir üzvü (tarix-fəlsəfə üzrə) olmuşdur. 1949-cü ildən Azərbaycan SSR Elmlər Akademiyasının akademiki olmuşdur. Fundamental… Ətraflı

İrvin Yalom

yalom7

İrvin Yalom David, amerikalı psixoloq və psixiatr, psixologiya elmlər doktoru, Stenford universitetinin psixiatriya üzrə professoru, (ing. Irvin David Yalom) 1931-ci ildə 13 iyun ayinda Vaşinqtonda, Kolumbiya ştatında rus əsilli ailədə anadan olub. O psixoterapiya və psixoterapiya tarixi barədə bir çox kitabların müəllifidir. Onun kitablarından aşağıdakıları göstərmək olar: Nitşe ağlayanda (1992)Yalançı passient (1996)Eqzistensional psxiatriya (2000)Sevgidən müalicə… Ətraflı