Yeniyetmələrdə intihara meylliliyin səbəbləri və həlli yolları

  • Home
  • Muəlliflər
  • Yeniyetmələrdə intihara meylliliyin səbəbləri və həlli yolları
el-arabasi-alinan-karton-toplayicisi-intihara-kalkisti-738589-5

Bir çox tədqiqatçılar uşaqlıqdan gəncliyə keçid dövrü olan yeniyetməliyi; fırtınalı və stressli bir dövr kimi görür. Bu dövrü yaşayan hər bir fərdin fərqli problemləri olur və bəziləri duyğu qarışıqlığından qurtula bilmədikləri üçün intihara meyl göstərirlər.

“Başqa yol yoxdur…” çarəsizliyi.

İntiharda; Ümidsizlik, çarəsizlik və özünə-qəsd cəhdindən başqa bir yolun olmadığına inam çox yüksəkdir. Bu düşüncə insanı çıxa bilmədiyi duyğu vəziyyətinə salır. Bu mənfi duyğu və düşüncə yükünün öhdəsindən gələ bilməyən insanların intihar etmə ehtimalı yüksəkdir.

Narsistik yaralanmalar və Tramvalar cox sürətli dərinləşə bilər.

Yeniyetməlik, mənlik hissi, ailədən ayrılma, imtahanlar, fərdilik, emosional münasibətlərin son dərəcə əhəmiyyətli olması, dostluq münasibətləri, ictimai həyat, virtual aləm, bir qrupa mənsub olmaq kimi faktorların çox əhəmiyyətli olduğu bir dövrdür. Bu dövrdə yaşanan kiçik hadisələrin belə yeniyetmələrə təsiri yüksəkdir. Yeniyetmələrdə narsisistik yaralanmalar, əhəmiyyətsiz görünən travmalar, kiçik qadağalar və qeyri-müəyyən itkilər sürətlə ən dərin təbəqələrə enə və geri dönməz geriləmələrə səbəb ola bilər.

Bu dövrdə sürətlə pisləşən əhval bir anda daha yaxşıya çevrilə bilər, yəni dəyişikliklər çox sürətlə inkişaf edir. Bununla birlikdə, çətinliklər içərisində dağıdıcı şəkildə irəliləyən bir insanda intihar meyli ehtimalı da olduqca yüksəkdir. Bundan əlavə, bu dövrdə ən çox görülən zehni sıxıntı olan depressiya da intihar riskini əhəmiyyətli dərəcədə artırır.

Şiddət, Təzyiq ve Sərhədsizlik.

İntihar cəhdinin qarşısını almaqdan daha çox, uşağın o nöqtəyə çatmasının qarşısını almaq lazımdır. Ailə daxilində mühakimə olunan, şiddətə məruz qalan, yüksək gözləntilərlə üzləşən, sevgisiz, həddindən artıq təzyiqli və ya həddindən artıq icazə verilən, sərhədləri olmayan, məsuliyyət hissi aşılanmayan yeniyetmələrdə ruhsal sıxıntılar görülmə ehtimalı daha yüksəkdir.

Bu münasibət yeniyetmələrdə intihar riskini artıra bilər. Əksinə, özlərini təhlükəsiz hiss edən, müəyyən məhdudiyyətlərə və məsuliyyətlərə sahib olan, problem həll etmə bacarıqlarına sahib olan və ailələrinin sevgisini və dəstəyini hiss edən yeniyetmələr, mənfi emosiyalarla mübarizə çox inkişaf etmişdir.

Doğru Ünsiyyət Şərtdir.

İntihar cəhdlərinin qarşısının alınmasında ən vacib məqamlardan biri də valideynlərin yeniyetmənin hisslərini və həyatını bilməsi. Yeniyetməlik dövrü ilə insan fərdi həyata başlayır, valideynlərdən ayrılıq başlayır, özəl sahələri onlar üçün çox dəyərlidir və bu sahələrə müdaxilə edilməsini sevmirlər. Əlbətdə ki, icazə almadan həmin ərazilərə qarışmamaq daha doğrudur. Vacib olan yeniyetmənin duyğu dəyişikliklərindən xəbərdar olmaqdır.

Fərq varsa (özünə qapanma, qəzəb patlamaları, həyatdan zövq ala bilməmək, ağlama , davamlı yuxululuq), bunun fərqində olmaq və onu dəstəkləmək, yanında olduğunu və onu sevdiyini hiss etdirmək çox vacibdir. Şübhəsiz ki, bu baxımdan məktəbdəki müəllimlərin dəstəyinə də ehtiyac var. Gəncin hər hansı bir dəyişikliyində müəllimin ailəsi ilə ünsiyyət qurması vacibdir.

Qabiliyyətləri dəstəklənməlidir!

Gənclərin cinayət nisbətlərini, intihar cəhdlərini və zehni xəstəliklərini azaltmanın ən təsirli yolu, həyatlarına məna qatacaq mühitdə olmalıdır. Bu nöqtədə ailələrin övladlarını dəstəkləmələri və bacarıqlarını üzə çıxarmaq üçün addım atmalarını təmin etmələri çox vacibdir. Onları idman və sənət kimi sahələrə yönəltmək və həyat bacarıqlarını artıracaq proqramlara daxil edilməsini təmin etmək güclü qoruyucu təsir yaradacaqdır.

Müəllif : Günay Məmmədova – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu

Share to Odnoklassniki