Tələbə Təcrübə Proqramı (son həftə)

187515715_954509711983196_620647899698151412_n-1024x1024

Bakı Dövlət Universitetinin “SABAH qrupları”-nın Psixologiya ixtisası üzrə təhsil alan və Psixologiya Elmi-Tədqiqat İnstitutunda aktiv təcrübə keçən IV kurs tələbələrinin təcrübə proqramına əsasən son həftənin yekununu sizinlə paylaşırıq:

▶️ 17.05.2021 – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, BDU-nun müəllimi, psixoloq Əli Xəlilovun təqdimatında “Psixodiaqnostika” mövzusunda təlim;

▶️ 18. 05.2021 – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, psixoloq Nərmin Quliyevanın təqdimatında “Ailə genoqramı” təlimi;

▶️19.05.2021 – Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, ADPU-nun doktorantı, müəllimi, psixoloq Ülviyyə Nəhmətovanın təqdimatında “Sosial fobiyanın terapiyası” mövzusunda təlim;

▶️ 20.05.2021 – Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmovun təqdimatında “Psixoloji Məsləhət” mövzusunda təlim;

▶️ 21.05.2021 – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı, Qərb Universitetinin müəllimi, klinik psixoloq Gülər Zaman ilə qrup terapiyası, “Wish map” qrup çalışması.

Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq əməkdaşlarımıza öz bilik və təcrübələrini tələbələrlə paylaşdıqları üçün təşəkkürümüzü bildirir, təcrübəçi tələbələrimizə uğurlar arzu edirik!

Share to Odnoklassniki