Bakı Dövlət Universitetinin “SABAH qrupları”-nın Psixologiya ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin təcrübə proqramı uğurla başa çatdı.

  • Home
  • Xəbərlər
  • Bakı Dövlət Universitetinin “SABAH qrupları”-nın Psixologiya ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin təcrübə proqramı uğurla başa çatdı.
190337735_956871228413711_206529309777187774_n

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bakı Dövlət Universitetinin “SABAH qrupları”-nın Psixologiya ixtisası üzrə təhsil alan və Psixologiya Elmi-Tədqiqat İnstitutunda aktiv təcrübə keçən IV kurs tələbələrinin təcrübə proqramı uğurla başa çatdı.

01.03.2021 tarixindən 22.05.2021 tarixinədək olan müddət ərzində institutumuzun əməkdaşları tərəfindən təcrübəçi tələbələrə psixologiyanın aktual istiqamətlərində onların bilik və bacarıqlarını təkmilləşdirən, analiz qabiliyyətlərini inkişaf etdirən nəzəri və praktik təlimlər tədris olundu, film analizləri və qrup terapiyaları aparıldı.

22.05.2021 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Tələbə Təcrübə Proqramının sona çatması ilə bağlı tədbir keçirildi.

Tədbirdə Tələbə Təcrübə Proqramının rəhbəri, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, psixoloq Nərmin Quliyeva, Tələbə Təcrübə Proqramı üzrə koordinator, psixoloq Leyla Əliyeva, institutumuzun əməkdaşları və təcrübəçi tələbələr iştirak etdilər.

Nərmin xanım çıxış edərək tələbələri təbrik etdi, onlara uğurlar dilədi.

Tələbələr təcrübə proqramı ilə bağlı xoş təəssüratlarını bizimlə bölüşüb institutun rəhbərlik və kollektivinə öz təşəkkürlərini bildirdilər.

Daha sonra tələbələrə Təcrübə Sənədi təqdim edildi, tort kəsildi, xatirə fotoları çəkildi.

Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq biz də Tələbə Təcrübə Proqramının həyata keçirilməsində əməyi olan hər kəsə təşəkkürümüzü bildirir, tələbələrə müvəffəqiyyətlər və qazandıqları təcrübəni öz karyeralarında uğurla tətbiq etməyi arzu edirik!

Share to Odnoklassniki