“Stressin idarə edilməsi” mövzusunda tələbələrlə görüş baş tutub.

  • Home
  • Xəbərlər
  • “Stressin idarə edilməsi” mövzusunda tələbələrlə görüş baş tutub.
189096199_957037081730459_3222921424675300440_n-1024x1024

Azərbaycan Texnologiya Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin Tələbə Elmi Cəmiyyətinin dəvəti və təşkilatçılığı ilə Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmovun tələbələrlə görüşü baş tutub.

Zoom platformasında həyata keçirilən görüş “Stressin idarə edilməsi” mövzusuna həsr edilib.

Elnur Rüstəmov mövzu üzrə öz zəngin bilik və təcrübəsini tələbələrlə bölüşüb, stressin həyatımızda rolu, onu yaradan faktorlar və düzgün şəkildə idarəolunma üsullarından bəhs edib, tələbələri maraqlandıran sualları cavablandırıb.

Onlayn görüş qarşılıqlı diskussiya şəklində davam edib.

Sonda tələbələr maarifləndirici görüş üçün Elnur Rüstəmova öz təşəkkürlərini bildiriblər.

Biz də Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq dəvət və görüşün təşkili üçün Tələbə Elmi Cəmiyyətinə təşəkkürümüzü bildiririk!

Share to Odnoklassniki