VƏTƏNİ SEVMƏK, İMANDANDI
17 yaşımda bu məqaləni kaş ki,yazardım.Bu məkan nə gözəldi,ətraf nə işıqlıdı,bu səslər necə həzindi,rahatlayıcıdı.Bu torpaq nə yumşaqdı, necə çəkicidi, necə istidi.Baş qoyub dincəldiyim,ətrindən bihuş olduğum sinə necə həlimdi,nə mehribandı.Göylərdə sayrışanlar necə parlaqdı, rəngi necə gözəldi.Mən hardayam, bu gözəlliyin adı nədi..görəsən. Mən kiməm, niyə gəldim bura,Doğulduğu məkanı,yeridiyi torpağı,baş qoyduğu sinənin sahibini tanımaq istəyən oğlandan gəldi bu… Ətraflı