17 yaşım olsaydı əgər elə həmin Ülviyyə olaraq yaşayardım həyatımı. Düzdü burdan ora baxınca ilk ağıla gələn bunlar olur: Həyatımı tam fərqli yaşayardım, etdiyim səhvləri birdə etməzdim, fərqli bir insan olardım və s. Amma o düz bildiyimiz səhvlər olmasaydı biz böyüməzdik, doğrunu yalnışdan seçə bilməzdik. Ayağımıza dəyən daşların ağrısı həyat boyunca bizə dərs olmalıdır. Əslində biz səhvi bilərəkdən etmirik ki, həyat bizi sınayır. Düşünürəm ki, insan dəyişmir. Dəyişən insanın həyatıdır. Həyata olan baxışı, insanlara olan davranışı dəyişir. Biz, daxilən necə doğulmuşuqsa eləcə də dünyamızı dəyişəcəyik. Doğulduğumuz andan etibarən bir xarakterdə formalaşıb və həmin xarakterlə də yaşayıb öləcəyik.
17 yaşımıza 3 dəfə belə geri qayıtsaq yenə də həmin insane olaraq gələcəyik. Mənim 28 yaşım var, həyatda nələri sə əldə etdiyim üçün 17 yaşıma geri qayıtmağı şərt bilmirəm. İnsan əslində ruhən qocalır. Mən özümü 17 yaşımda olduğu qədər gənc hiss edirəm, əksinə 17 yaşımdan daha gözəl fikirlərlə, dolğun, bacarıqlı və gənc hiss edirəm. Onda edə bilmədiklərimi bu gün edə bilərəm. Keçmişə qayıdıb başqa sən ola bilməzsən, sən elə həmin sənsən bugünündə də, sabahında da, dünənində də. Bütün yaşlar bizimdi. Bu gün edə bilmədiksə sabah edərik. 27, 37, 47, 57, 67, 77, 87 ALLAHIN verdiyi nə qədər ömrün varsa elə yaşa ki yaşamağa dəysin. Mənim 17 yaşımda edə bilmədiyim yarım qalan işlərim var, qucaq dolu arzularım var, yarıda qalan təhsilim var, bir sıra planlarım var. Həyatda o qədər çox istəklərim var ki, qorxuram ömür yetməz. Düşünürəm ki, həyatımızda nə isə etmək üçün heç bir zaman gec deyil. Yaşımıza baxmadan yaşayaq. Yaşamaq üçün, yaşımız bizə sərhəd olmasın…
Ülviyyə Məmmədova