İnsan bəzən özündən narazı olar, bəzənsə razı olduğu şeyləri narazılıqla qarşılayır.
Mən İbə, bəzi insanlar kimi həyatı narazı, sürətlə yaşamamışam.Yəni, bəzi insanlar, daha doğrusu çox insanlar uşaq olanda uşaqlıqlarına, gənc olduqda gəncliklərinə, yaşlandıqda isə ahıllıqlarına narazılıq edərlər.Mən isə hər yaş dövrünün öz qədir-qiymətini anlayıram və heçbir narazılığım yoxdur.
İndi isə keçim əsas məsələyə.01.05.2016-cı il tarixində iş yoldaşım mənə “17 yaşında olsaydın nə edərdin?” deyə bir sual verdi.Mənsə cavabımda qərara gəldimki ən yaxşısı yazmaqdırJ.Və yazıram…Bəli, 17 yaşında olsaydım…
Çoxda yaşlı deyiləm düzdür, amma 17 yaşımda olsaydım hamı kimi etmədiyim şeyləri etməzdim, əksinə etdiklərimi qələm götürüb yazardım.17 yaş elə yaşdır ki, ərgən yaş dövrləridir, cavanlığa keçid dövrüdür.Bəzən deyirəm 17 yaşımda olsaydım bəzi məsələləri çoxda fikirləşməzdim, bəzən də deyirəm bu yaşımda qarşıma çıxan insan 17 yaşımda qarşıma çıxsaydı.Amma onu bilirəm ki, 17 yaşımda olsaydım, daha çox yaş arzulayardım, çünki insan istəkdə doyumsuzdur.Biz insanlar isə bizə əmanət ömürə, zaqman ilə xəyanət edirik.17 yaşında olsaydım daha çox gülərdim, çünki gülüş ömür uzadır, ya da universitetdən kəsildiyimə görə üzülməzdim, dərslərdən qaçmazdımJ, geyimimdə dəyişiklik edərdim, tünd rəngdə yox, açıq rəngdə geyinərdim, çünki qara adam qara geyindikdə yaxşı görünmürmüşJ deyirlər!
Hər yaşın özünün gözəlliyi var,
İnsanlar yaşından məmnun qalmalı,
Yaşda günəş çıxar, yaşda qar yağar,
İnsan həyatından razı olmalı…
Ibə Mahmudlu
Menecer