Archives

YETƏR QORXDUN, CƏHD ET!

thanatophobia-phobias-29369303-382-500

İnsanın immun sistemini zəiflədən qorxu hissi bir çox zərərli təsirlərə səbəb olur. Qorxu haqqında fikirlər  təhtəlşüurda fırlanaraq həmişə uygun situasiyalar yaradır. Qorxan zaman orqanizmdə nələr baş verir. Boğaz quruyur və boğaz əzələləri  gərginləşir deyə udqunmaq çətinləşir. Böyrəküstü vəz adrenalin ifraz edir. Sidiyə getmək hissi oyanır, ürək tez tez döyünür, təzyiq qalxır və s. Simptomları ümumiləşdirib… Ətraflı

Bir az qısqansanız, yaşarkən ölməyin nə məna ifadə etdiyini anlayarsınız …

277708_oa65c

Qısqanclıq bir çox insanın həyatıaı təsir edən narahatedici duyğulardan biridir. Qısqanclıq, itirmək istəmədiyimiz bir adamın ya da bir əlaqənin itiriləcəyi ya da təhlükə altında olduğu duyğusuyla yaşanan ruhi vəziyyətdir. Qısqanclıqla birlikdə çox vaxt hirs, dəyərsizlik, bədbəxtlik, təklik və çarəsizlik kimi duyğular da yaşanır. Bu duyğulara dəyərsizlik və özgüvənsizlik ilə əlaqədar düşüncələr bərabərlik edir. Bəzən gündəlik… Ətraflı

Yeniyetməlik dövründə rast gəlinən intihar cəhdləri

cody-duty-8-4

İntihar, müxtəlif istiqamətlərdə uzun illərdi ki, üzərində araşdırmalar aparılan çox vacib məqam olmaqla yanaşı son 25-36 il ərzində xüsusilə yeniyetməlik dövründə intihar cəhdlərinin artması problemin miqyasını daha artırmış və bu sahədə tədqiqat işlərinin, profilaktik tədbirlərinin artmasına səbəb olmuşdur. İntihar, ölmək məqsədiylə planlı və qəsdən törədilən cəhd olaraq dəyərləndirilir. Jobes, Berman və Josselsan (1987) intiharda iki… Ətraflı

Antidepressant dərmanlardan istifadə asılılıq yaradırmı ?

s-c4dc60fafe4eb6e2a8adb9ef55e78972260d3a70

Depressiya, mütəxəssis bir həkim tərəfindən  təyin olunan, yüzdə 90 faiz nisbətində müalicə edilə bilən bir xəstəlikdir. Depressiyanın müalicəsində ilk addım mütləq şəkildə psixiatra müraciət  etmək və onun təklifləri istiqamətində hərəkət etməkdir. Depressiyanın  müalicəsində mütəmadi olaraq antidepressant dərmanlara müraciət edilir. Antidepressant dərmanlar, ümumi tibbdə və psixiatriyada ən çox istifadə edilən  məşhur dərmanlar hesab edilir. Antidepressantlar nədir?… Ətraflı

Bütün günahları yalnız müəllimdə axtaranların nəzərinə…

13170691_1744109089167567_26358225_o

Psixoloq Elnur Rüstəmov bu barədə FaktXəbər-ə önəmli açıqlamalar verdi… Bu günlərdə ölkə gündəmi müəllimindən hamilə qalan məktəbli qızla bağlı rüsvayçı hadisəyə görə sarsılıb. Artıq 25 yaşlı müəllim həbs olunub. Buna baxmayaraq, bir qızın taleyi də məhv olub. Bəs bu hadisədə, məşhur filmdə deyildiyi kimi, “kimdir müqəssir?” Belə rüsvayçılıqların yaşanmaması üçün valideynin, müəllimin və şagirdin üzərinə… Ətraflı

Yuxu şüursuzluğa aparan krallara layiq yoldur…

NQzoS

Bütün o unudulmamışdır ki, biz unudulmuş hesab edirik. 6 may tarixində Psixoanalizin banisi, məşhur psixoterapevt Ziqmund Freydin anadan olma tarixidir. 160 il dahi alimin anadan olduğu tarixdən keçir. Buna dair bəzi anları yada salmaq düzgün olar. Yəqin ki, şüursuzluğun məhz Freyd tərəfindən araşdırılmasını hamımız bilirik. Ama nə qədər böyük bir zinyətin qapısının bizə göstərildiyindən biz… Ətraflı

Nəyə inanırıq, kimi itiririk (II hissə)

flower-flower-flower-broken-heart-crying-heart-heart-pink-tree-blur-background-wallpaper-widescreen-full-screen-widescreen-hd-wallpapers-background-wallpaper

Seçilmiş olduğumuzu düşünmək bizə bəs etməyə bilər, səbəb isə biz bunu nə qədər özümüzə təlqin etməyə çalışsaq da davamlı olaraq yoldaşımızın hər gün yeni bir səhv hərəkətini görməyimiz bütün bu təlqini sıfırlaya bilir. Məsələ də burasındadır ki, onun etdiyi hər səhvi yeni bir səhv kimi görüb birini digərlərindən ayırırıq. Halbuki, ümumi olaraq ortada başdan-ayağa səhv… Ətraflı

Xəyanətdə cinsiyyət fərqi

14321097260.12196400

Bu gün bir çox ailələrdə “xəyanət” problemi yaşanır! Bəs, xəyanətdə cinsiyyət fərqi varmı? Kişilər yoxsa qadınlar daha çox xəyanət edir? Və xəyanətinsəbəbi nədir? Kişilər nəslinin davamını saxlamaq üçün daima döllənmək ehtiyacı hiss edərlər və tək yoldaşlı qalmaqda çətinlik çəkərlər. Qadının genetik kodlarında isə övlada sahib olmaq, böyütmək və bəsləmək, ailənin və özünün qorunması üçün bir kişiyə… Ətraflı

Abituriyentlərin imtahana psixoloji hazırlığı

13170645_894143820713834_677721027_o

07.05.16 saat 15:00 tarixində Narınc Uşaq Psixologiya Mərkəzində Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmovun “Abituriyentlərin imtahana psixoloji hazırlığı”seminarı baş tutdu. Seminar əsnasında imtahan anında yaranan stress qurtulmağın yolları, zamanın doğru paylaşılması, cavabları düzgün kodlaşdırmağın yollarından danışıldı.