Bir az qısqansanız, yaşarkən ölməyin nə məna ifadə etdiyini anlayarsınız …

277708_oa65c

Qısqanclıq bir çox insanın həyatıaı təsir edən narahatedici duyğulardan biridir. Qısqanclıq, itirmək istəmədiyimiz bir adamın ya da bir əlaqənin itiriləcəyi ya da təhlükə altında olduğu duyğusuyla yaşanan ruhi vəziyyətdir. Qısqanclıqla birlikdə çox vaxt hirs, dəyərsizlik, bədbəxtlik, təklik və çarəsizlik kimi duyğular da yaşanır. Bu duyğulara dəyərsizlik və özgüvənsizlik ilə əlaqədar düşüncələr bərabərlik edir. Bəzən gündəlik həyatın bir cilvəsi olaraq gəlib keçici şəkildə, bəzən də həyatı alt-üst edəcək şəkildə; bəzən yersiz yerə ortada heç bir səbəb yox ikən yaşanar. Qısqanclıq yaşayan kəslər qısqanclıqların yersiz olub olmadığı araşdırmalı və öz özlərinə sorgulamalıdırlar. Qısqanclıq çox vaxt qısqanan adamın iç dünyasından qaynaqlanan səbəblərlə şişirdilmiş və təhrif edilmiş hisslərdən və fikirlərdən qaynaqlanmaqdadır. Qısqanmaq şübhəsiz insanoğlunun təbiətində olan bir duyğudur.Bəzən hətta münasibətə həyacan qatar,tərəftarlarin sevildiyini hissetmələrinə səbəb olur. Yəni bu hiss həyat yoldaşınızın sizə laqeyd olmadığını, sizi sevdiyini və itirmək istəmədiyini göstərir. Bu qədəri həm kişilərin həm də qadınların xoşuna gələr yəqin ki. Lakin gündəlik həyatda qısqanclıq yaşayan kəslərin bir çoxunun yaşadıqları bu duyğu ilə baş edə bilmədikləri; münasibətdə əlaqələrinin pozulduğu və əlaqələrinin köhnə gözəlliyini itirdiyi görülər.Yeri gəldi gəlmədi həyat yoldaşını ittiham edən, sorgu sula cəkən yersiz qısqanclıglar heyatı zəhərə cevirər. Başqa bir deyişlə tam da qorxulan reallaşar.

Qısqanclıq nədir və ailədəki yeri nə olmalıdır?

İlk dəfə uşaqlıq vaxtımızda bizdən kiçik qardaşımızı və ya bacımızı anamızın qucağında görəndə yaşayırıq bu hissi. Vaxt keçdikcə anamızın iki – üç uşaqdan biri olduğumuza alışırıq. Lakin həyat yoldşımızın gözündə “ikinci” olmaga əsla tab gətirə bilmirik. Bu həm qadınlar, həm də kişilər ücün belədir. Hər iki cinsdə qisqanclıq görülsə də, qadınlar və kişilər qisqanclıq hisslərini fərqli biruzə verirlər. Qısqanan kişilər daha aqressiv, əsəbi davranırlar, qadınlar isə ağlama, küsmə, incinmə kimi duyğusal davranışlarla biruzə verirlər. Bizim ailə sistemimizdə sədaqət əsas təməl daşlarından biridir. Ailədə hər iki tərəf bir-birini sevincinə də, kədərinə də ortaq olmalıdı. Üçüncü birindən söhbət gedə bilməz. Qısqanclıq yaşayan kəslərin xüsusilə bacarmaq məcburiyyətində olduqları mövzulardan biri əlaqəni qorumaq və davam etdirməkdir.Tərəflər bir – birlərinə sevgilərini açıq-aşkar hiss etdirməlidirlər. Doğurdan da sevildiyinə inanan bir insan qısqanclığa da ehtiyac duymaz. Lakin qısqanclıq yaşayan bir çox adam əlaqəni qorumaq və inkişaf etdirmək üçün konstruktiv səy sərf etmək yerinə gizli – gizli qisas alaraq, küsərək, əlaqəni kəsərək ya da təhdid edərək, məqsədinə çatmağa çalışırlar. Qısqanclıq yaşayan kəslərin xüsusilə bacarmaq məcburiyyətində olduqları mövzulardan ikincisi, özünə inamlarını və hörmətlərini qorumaqdır. Qısqanclıq yaşayan insanlar yaşandığı rəqabətdə yarışı itirəcəklərini düşünərək özlərini dəyərsiz, sayılmayan və sevilməyən bir insan kimi hiss edərlər. Ümumi olaraq baxıldığında özünü qeyri-kafi və dəyərsiz görən, xarici təsirlərdən çox asan təsirlənən insanların daha qısqanc olduqları müşahidə olunur.

Sevinc Əlizadə

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

Share to Odnoklassniki