İnsanın immun sistemini zəiflədən qorxu hissi bir çox zərərli təsirlərə səbəb olur. Qorxu haqqında fikirlər təhtəlşüurda fırlanaraq həmişə uygun situasiyalar yaradır. Qorxan zaman orqanizmdə nələr baş verir. Boğaz quruyur və boğaz əzələləri gərginləşir deyə udqunmaq çətinləşir. Böyrəküstü vəz adrenalin ifraz edir. Sidiyə getmək hissi oyanır, ürək tez tez döyünür, təzyiq qalxır və s. Simptomları ümumiləşdirib yazsaq qorxu bütünlüklə daxili orqanlarımıza bir başa siraət edərək bizi silkələyir. Əgər bu qorxu prosesini ətraflı açsaq kökü uşaqlıqdan qaynaqlanan bu konsepsiyanın fərqli fərqli çalarları var. Bu haqda çox geniş yazmaq olar. Heyvanlardan, yüksək səs tonundan, hündürlükdən və ya qaranlıqdan bağlı məkanlardan və s. Sadaladıqca bitməyən, həyat yolunu insanla irəliləyən qorxular rəngarəngdi. Ən çox insan həyatında mühüm iz buraxan qorxular uşaqlıqda natamamlıq kompleksi və ya valideynlərin oz tərbiyəvi tabuları (cəza və iradlar tənqid və tez tez ittiham edərək inamsız yanaşmalar “sən bacarmazsan” “qaçma yıxılarsan” “olmaz sənlik deyil sən danışma” “sən girən kol deyil” və s kimi davranışları qorxuların kök salmasına zəmin yaradır. Uşaq ikən yeniliklərlə üzləşən onları tanımaq istəyən insan övladından çox şeylər gözləyir valideynləri. Hətta tələb edirlər edə bilməyəndə isə cəza və təhqir. Bu zaman qorxunun yaratdığı özgüvən əskikliyi, özünücəzalandırma, özünənifrət hissi, daim özünümühakimə etmək hissi geniş vüsət alaraq bir səxsiyyətin həyatında dərin-dərin izlər buraxmağa şərait yaratdı. Məhz bu səbəbdən böyüdükdən sonra insanlara etibarın olmaması işə düşür. Kainatda ən təhlükəsiz yer olan öz dünyamızdır. Etibar da bu dünyamızda bizi hər kəslə yaxınlaşdıran əqidəmizin xüsusi modellərindən biridir. Hər kəs öz şəxsi dünyasında özünün bir model olaraq əqidəsinə həyat hadisələrinə etibar edərək bu mükəmməl olmayan dünyaya qorxusuz pəncərəden baxmalıdır. Bizim dunyamız bizim idrakımızda qurduğumuz düşüncələrə köklənib. Nədən qorxuruqsa onun şəklini beyində təxəyyülümüzün köməyi ilə obrazlı canlandırırıq. İdrakımız bizim beynimizdə cərəyan edən düşüncələrimizə hörmətlə yanaşaraq onların həyata keçməsinə yardımçı olur. Biz nədən qorxuruqsa onu canlandırdıqca onlar da uyğun situasiyalarda özünü doğruldur. Təhtəlşüur təcavuzumuzu neytrallaşdırmaq üçün bizə nələr lazımdı. Həqiqətən də daxili təcavüz xarici təcavüzü səsləyir. Bunu önəmsəyərək qorxulardan azad olmaq ücün özümüzə etibar etməliyik. İnsanın şəxsi tarixçəsində yerləşən qorxuların rəngarəngliyi çox olsa da bir fikir öz həqiqiliyini doğruldur.
İlk növbədə qorxularınızı araşdırın. Nədən və niyə nə zamandan etibarən qorxmağa başlamısınız bu sualların köməyi ilə öz düşüncələrinizi tənzimləyə və duzgün qərarlar verərək qorxularınızı aradan qaldırmış ola bilərsiniz. Bəli çox asan və bəsit yanaşma. Öz daxili dünyanıza nüfuz edərək və ya səyahət edərək ona qalib gəlmək hər yaşda mümkündür. Sevib-sevilmək üçün insanlarla harmoniyanı bərqarar etmət lazımdır. İnsanlara nifrət hissini azaldaraq etibarı gücləndirərək zorakılıqdan uzaq olub da ölümün olduğu bu dünyada heçnədən qorxmağa dəyməz.
Tələsin yaxşılıq daşımağa siz,
Onun yollarını tutub kəsməyin
Tələsin ömr edıb, yaşamağa siz,
Ölməyə ölməyə çox tələsməyin
Tələsin tələsin tələsir zaman,
Düzəlməz işə də düzəldi deyin
Hərdən qocaya da gəncsən cavansan
Hərdən kifirə də gözəldir deyin
Tələsin insanlar şadlıq görməyə
Qəm qüssə görməyə gecikin bir az
Tələsin insanlar deyib gülməyə
Göz yaşı tökməkdən bezikin biraz….
Həmçinin qorxu ilə yaşamaqdan bezikin biraz , rəvan yaşamaqçun siz mübarizlik əzmini qorxunun üstünə gedərək qoruyun …Cəhd edin, cəhd edin
Gülər Məmmədova
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu, Azərbaycan Dövlət Pedoqoji Universitetinin psixologiya kafedrasının müəlliməsi