‘Xəbərlər’

“Psixososial reabilitasiya proqramı” çərçivəsində təlimlər təşkil olunmuşdur.

189533867_958031501631017_1504671627909867122_n

                        Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin əməkdaşları üçün psixososial reabilitasiya təlimi təşkil olunub. Psixologiya Elmi-Tədqiqat İnstitutu tərəfindən “Psixososial reabilitasiya proqramı” çərçivəsində təşkil olunan təlimlər əməkdaşların müvafiq sahədə bilik və bacarıqlarının artırılmasına xidmət edir. Müəssisədə çalışan 40-a yaxın işçinin cəlb olunduğu… Ətraflı

“Stressin idarə edilməsi” mövzusunda tələbələrlə görüş baş tutub.

189096199_957037081730459_3222921424675300440_n-1024x1024

Azərbaycan Texnologiya Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin Tələbə Elmi Cəmiyyətinin dəvəti və təşkilatçılığı ilə Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmovun tələbələrlə görüşü baş tutub. Zoom platformasında həyata keçirilən görüş “Stressin idarə edilməsi” mövzusuna həsr edilib. Elnur Rüstəmov mövzu üzrə öz zəngin bilik və təcrübəsini tələbələrlə bölüşüb, stressin həyatımızda rolu, onu yaradan faktorlar və düzgün şəkildə… Ətraflı

“Peşəkar Psixoloq Təcrübə Proqramı – 2” uğurla başa çatdı.

188594988_957411968359637_4821585301289661600_n

                        08.02.2021 tarixində başlayan və 3 ay müddətində davam edən “Peşəkar Psixoloq Təcrübə Proqramı – 2” uğurla başa çatdı. Qeyd edək ki, proqram Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin tərkibində fəaliyyət göstərən Uşaq Psixologiya bölməsinin rəhbəri, BDU-nun doktorantı, müəllimi,… Ətraflı

Bakı Dövlət Universitetinin “SABAH qrupları”-nın Psixologiya ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin təcrübə proqramı uğurla başa çatdı.

190337735_956871228413711_206529309777187774_n

                        Bakı Dövlət Universitetinin “SABAH qrupları”-nın Psixologiya ixtisası üzrə təhsil alan və Psixologiya Elmi-Tədqiqat İnstitutunda aktiv təcrübə keçən IV kurs tələbələrinin təcrübə proqramı uğurla başa çatdı. 01.03.2021 tarixindən 22.05.2021 tarixinədək olan müddət ərzində institutumuzun əməkdaşları tərəfindən təcrübəçi tələbələrə psixologiyanın aktual istiqamətlərində onların bilik və… Ətraflı

Psixo-help – “Abituriyentlərdə demotivasiya problemi” vebinarı

189913067_955895985177902_372421570317248098_n

                        Dəyərli izləyicilərimiz, Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin təqdim etdiyi “Psixo-help” layihəsinin növbəti görüşü 22.05.2021 tarixində baş tutdu. Qonağımız Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, klinik psixoloq Nuranə Salmanlı, mövzu isə “Abituriyentlərdə… Ətraflı

Tələbə Təcrübə Proqramı (son həftə)

187515715_954509711983196_620647899698151412_n-1024x1024

Bakı Dövlət Universitetinin “SABAH qrupları”-nın Psixologiya ixtisası üzrə təhsil alan və Psixologiya Elmi-Tədqiqat İnstitutunda aktiv təcrübə keçən IV kurs tələbələrinin təcrübə proqramına əsasən son həftənin yekununu sizinlə paylaşırıq:  17.05.2021 – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, BDU-nun müəllimi, psixoloq Əli Xəlilovun təqdimatında “Psixodiaqnostika” mövzusunda təlim;  18. 05.2021 – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, psixoloq… Ətraflı

Klinik Psixologiya Kursu (fərdi dərs)

188433499_954046065362894_627119432230246647_n-1024x1024

Fərdi dərslərimiz davam edir. Fotolar Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, psixoloq Nərmin Quliyevanın Amerika Psixoloqlar Assosiasiyasının proqramı ilə fərdi tədris etdiyi Klinik Psixologiya dərsindən görüntülərdir. Nəzəri biliklər və praktik texnikalarla zəngin olan dərslərdə siz də iştirak etmək istəyirsinizsə, bizimlə əlaqə saxlayın: 070 268 27 08 (mobil/what’s App)

Uşaq nikahlarının qarşısının alınması tədbirlərinin gücləndirilməsi barədə dəyirmi masa keçirilib.

188741807_954171202017047_2717275734382665389_n

                        Uşaq nikahlarının qarşısının alınması tədbirlərinin gücləndirilməsi barədə dəyirmi masa keçirilib. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş Dövlət Proqramları və Təhsil Nazirliyinin müvafiq əmrlərinin icrası ilə bağlı Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020 – 2024-cü illər üçün Milli Fəaliyyət Planına əsasən… Ətraflı

Tələbə Təcrübə Proqramı – “Psixoloji Məsləhət”

186522320_953595885407912_2166574050204751366_n-1024x1024

Bakı Dövlət Universitetinin “SABAH qrupları”-nın Psixologiya ixtisası üzrə təhsil alan və Psixologiya Elmi-Tədqiqat İnstitutunda aktiv təcrübə keçən IV kurs tələbələrinin təcrübə proqramı davam edir. Növbəti təlim bu gün, 20.05.2021 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmovun təqdimatında tədris olundu. Qeyd edək ki, təlimin mövzusu “Psixoloji Məsləhət” idi. Elnur Rüstəmov mövzu üzrə öz zəngin bilik və… Ətraflı

“Məktəb direktorları, pedaqoqlar və məktəb psixoloqlarının psixo-maarifləndirilməsi” layihə proqramı çərçivəsində məktəb psixoloqları üçün təlimlər başa çatdı.

191053255_955689291865238_4399411726168152469_n

                        Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı ilə “Məktəb direktorları, pedaqoqlar və məktəb psixoloqlarının psixo-maarifləndirilməsi” layihə proqramı çərçivəsində məktəb psixoloqları üçün təlimlər uğurla başa çatdı. Qeyd edək ki, 1 həftə müddətində davam edən təlimlər Təhsildə Psixoloji Xidmətə… Ətraflı