Tələbə Təcrübə Proqramı – “Psixoloji Məsləhət”

  • Home
  • Xəbərlər
  • Tələbə Təcrübə Proqramı – “Psixoloji Məsləhət”
186522320_953595885407912_2166574050204751366_n-1024x1024

Bakı Dövlət Universitetinin “SABAH qrupları”-nın Psixologiya ixtisası üzrə təhsil alan və Psixologiya Elmi-Tədqiqat İnstitutunda aktiv təcrübə keçən IV kurs tələbələrinin təcrübə proqramı davam edir.

Növbəti təlim bu gün, 20.05.2021 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmovun təqdimatında tədris olundu.

Qeyd edək ki, təlimin mövzusu “Psixoloji Məsləhət” idi.

Elnur Rüstəmov mövzu üzrə öz zəngin bilik və təcrübəsini təcrübəçi tələbələrlə paylaşdı, eyni zamanda onların da fikirlərini dinlədi, suallarını cavablandırdı.

Qarşılıqlı müzakirə və fikir mübadiləsi şəklində baş tutan təlim üçün sədr Elnur Rüstəmova təşəkkürümüzü bildirir, təcrübəçi tələbələrimizə uğurlar arzu edirik!

Share to Odnoklassniki