‘Kateqoriyalar’

Yeniyetmələrdə intihar halları və onunla mübarizə üsulları

o-DEPRESSION-facebook

Son zamanlar intihar mövzusu gündəmdə olan mövzulardan biri sayılır. Hər il intihar bir çox insanların seçiminə çevrilir. Ən təhlükəlisi isə odur ki, intihar cavanlaşır – uşaq və yeniyetmələrin də həyatına son qoyur. Dünya üzrə statistikaya nəzər salsaq görərik ki, intihar halları daha çox yeniyetmələr arasında olur. Çünki bu yaşlarda onlar daha həssas olduqları üçün qaranı… Ətraflı

DEPRESSİYA NƏDİR ?

atypical_depression-300x200

Hər bir kəs zaman-zaman bir narahatlıq, sıxıntı hiss edə bilər. Ancaq həftələrcə sürən hüzn, ümidsizlik, ya da gündəlik fəaliyyətlərə qarşı maraqsızlıq daha ciddi bir problemə işarə edə bilər. Biz hamımız bəzən işdə olan problemlərimizə görə, ailədə olan anlaşılmazlığa və ya maddi cəhətdən çətinlik çəkəndə qısamüddətli stress keçiririk. Elə bilirik ki, bu, depressiyadır və heç də… Ətraflı

Parkinson xəstəliyi

Parkinson

Parkinson xəstəliyi gec proqressivləşən neyrodegenerativ (qabıqaltı nücələrdə hüceyrələrin məhv olunması ilə müşahidə edilən) beyin patologiyasıdır. Parkinson xəstələri diaqnoz qoyulduqdan sonra 20 il və ya daha uzun müddət bu xəstəliklə birlikdə həyatlarını davam etdirirlər. Lakin bu hal problemlə birlikdə həyat keyfiyyətində dəyişiklik olmayacağı mənasını ifadə etmir. Xəstəliyin tamamilə aradan qaldırılmasına və ya qarşısının alınmasına istiqamətlənən müalicə… Ətraflı

Əkbər Bayramovun Azərbaycan Psixologiya Tarixində Rolu

100

Bayramov Əkbər Salman oğlu – psixologiya elmləri doktoru, əməkdar elm xadimi, professor. Həyatı 30 dekabr 1930-cu ildə Ağdam rayonunun Əlimədətli kəndində anadan olmuşdur. O, Əlimədətli kənd 7-illik məktəbini (1945), Ağdam Pedaqoji Texnikumunu (1945-1949) və Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin məntiq-psixologiya şöbəsini (1949-1954) əla qiymətlərlə bitirmiş, Universitetin Böyük Elmi Şurasının qərarı ilə psixologiya ixtisası üzrə aspiranturaya… Ətraflı

Muxtar Həmzəyevin Azərbaycan Psixologiya Tarixində rolu

394

​ Professor M.Ə.Həmzəyevin Respublikamızda psixologiya elminin inkişafında xidmətləri yüksək olmuşdur. O, Respublikamızda pedaqoji psixologiya və psixolinqvistika sahəsində fundamental tədqiqatları ilə tanınır. Məktəbdə psixoloji xidmətin həyata keçirilməsində ilk addımı atanlardan biri olmuşdur. Respublikamızın onun hüdudlarından kənarda da psixologiya elmini təmsil edən psixoloqlardan biridir. Həyatı Həmzəyev Muxtar Əliş oğlu 12 fevral 1929-cu il tarixdə Azərbaycan Respublikasının Laçın rayonunun Əhmədli kəndində… Ətraflı

Məmmədəli Məhərrəmovun Azərbaycan Psixologiya Tarixində rolu

0 (1)

M.C. Məhərrəmov (1909-1970) həm psixoloq kadrlarının hazırlanmasında, həm də psixologiya elminin inkişafında əvəzsiz xidmətlər göstərmişdir. O, 1931-1935-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun pedaqoji-psixoloji fakültəsini bitirmişdir. 1944-cüildə ADU-nun aspiranturasına daxil olmuş və ömrünün sonunadək orada çalışmışdır. O, 1955-ci ildə «Orta məktəbdə psixologiyanın tədrisi üsullarına dair», 1960 və 1961-ci illərdə «Psixologiya oçerkləri», 1968-ci ildə «Psixologiya» əsərlərini yazmışdır.… Ətraflı

Ə.Zəkuyevin Azərbaycan psixologiya tarixində rolu

350

Əhməd Kərədi  Məhəmməd oğlu Zəkuyev 1888-ci ildə Dağıstanın Lak rayonunun  Qumuç kəndində anadan olmuşdur.  Fəlsəfə elmləri doktoru, filosof,  professor  Zəkuyevin   Azərbaycanda yüksək ixtisaslı kadrların hazırlanmasında böyük xidmətləri olmuşdur. Ə.K.Zəkuyev  1917-ci ildə Dağıstanda «İlçi» qəzetində  redaktor kimi fəaliyyət göstərmişdir. Daha sonra Türkiyədə oxumağa gedən alim, 1921-ci ildə ( İstanbul Universiteti,  fəlsəfə fakultəsi ) təhsilini başa vurduqdan sonra Bakıya gəlmiş, 1922-1960-cı illərdə APİ-də dərs demişdir.… Ətraflı

Görkəmli pedaqoq-alim Əhməd Seyidovun həyatı və elmi yaradıcılığı

0

Psixologiya elminin tarixinə nəzər salarkən onun bir sıra elmlərlə o cümlədən pedoqogika elmi ilə sıx qarşılıqlı əlaqəli şəkildə inkişaf etdiyini açıq görə bilərik. Psixologiya və pedaqogika elmləri arasında başlıca əlaqə həmin elmlərin predmetlərinin yaxınlığı ilə bağlıdır. Əvvala həmin elmlərin obyekti inkişaf etməkdə olan insandır (uşaq və yaşlı). Digər tərəfdən, psixologiya insan psixikasının inkişaf qanunlarını öyrənir.… Ətraflı

21 Mart “Daun sindromu” günü

395837_336117319744008_1404228821_n

Tarixi və diaqnozu Bu sindrom 1866-cı ildən məlumdur. İngilis həkimi Lanqdan Daun xarakter xüsusiyyəti olan bu xəstəliyi bir qız uşağında müşahidə edib və onu “monqolizm” adlandırıb. Ancaq asiyalı alimlərin xəstəliyin “monqolizm” adlandırılmasına təpgisindən sonra bu xəstəlik onu kəşf edən alimin şərəfinə “Daun sindromu” adını alıb. Bu uşaqlar bir-birlərinə oxşayır, stereotipləri eyni olur. Yəni onlarda boy… Ətraflı

Yeniyetməlik yaş dövründə suisid aktları

6674428-suicid

Klassik yanaşmalara əsaslanaraq qeyd edək ki yeniyetməlik yaşı 11-15 yaşları əhatə edir. Bu yaş dövrü şəxsi və sosial baxımdan dəyişikliklər dövrü adlanır. Yeniyetmələrdə suisidin ümumi səbəbi kimi sosial-psixoloji dezadaptasiyanı göstərə bilərik.  Yeniyetmələrdə suisidial davranış təqlidçilik xarakteri də daşıya bilər. Yəni yeniyetmə şəxs TV-də, KİV-də rast gəldiyi hərəkətləri təkrarlamağa çalışır. Beləliklə yeniyetmə şəxslər ölümün ətrafdakıları necə… Ətraflı