Yeniyetməlik yaş dövründə suisid aktları

6674428-suicid

Klassik yanaşmalara əsaslanaraq qeyd edək ki yeniyetməlik yaşı 11-15 yaşları əhatə edir. Bu yaş dövrü şəxsi və sosial baxımdan dəyişikliklər dövrü adlanır. Yeniyetmələrdə suisidin ümumi səbəbi kimi sosial-psixoloji dezadaptasiyanı göstərə bilərik.  Yeniyetmələrdə suisidial davranış təqlidçilik xarakteri də daşıya bilər. Yəni yeniyetmə şəxs TV-də, KİV-də rast gəldiyi hərəkətləri təkrarlamağa çalışır. Beləliklə yeniyetmə şəxslər ölümün ətrafdakıları necə qorxutduğunu görə bilərlər və intiqam almaq üçün yaxşı vasitə olduğunu zənn edə bilərlər.

Digər suisident qruplardan fərqli olaraq bir qədər yaşlı yeniyetmələrdə suisid nəticəsində ölənlər 4% təşkil edir. Beləki yeniyetmələrdə parasuisidal adlanan cəhdlərə çox rast gəlinir: ölümlə bağlı qeydlər, həvəs, fikirlər, şantaj –nümayişkar suisidal cəhdlər və s. Onların suisidial cəhdləri özünüməhvə deyil, pozulmuş münasibətlərin bərpa olunmasına istiqamətlənir. Suisident yeniyetmələr bir qayda olaraq yüklənmiş sosial mühitə sahib olurlar (uğursuz ailə, tənhalıq, nəzarətsizlik, böyüklərin dəstəyinin olmaması). Onlarda suisidə hazırlıq olduqca uzunmüddətli olur. Bu müddətdə onlarda emosional sferada tolerantlıq azalır, aqressivlik yaranır, həyatdaki çətinliklərə qarşı dura bilməmək qabiliyyəti müşahidə olunur.

Suisidial fikirlərin daha tez-tez rast gəlinmə səbəbi istənilən yaş dövründə uğursuz sevgidir. Yeniyetmələr üçün ilk sevgi hər şeyi unutdurur. Əgər sevdiyi şəxslə münasibətləri yolunda getmirsə bu zaman onun üçün gələcək həyatın heç bir mənası olmur. Bu səbəbdən də valideynlərin məsləhət və öyüdlərinin (həyatın hələ qabaqda olacağını, əsl sevginin sonradan yaranacağını söyləyirlər) yeniyetmələrə təsiri olmur. Çünki onlar hal-hazırdakı vəziyyətdə ağrı boşluq hiss edirlər və bu ağrıyla bu hislərlə düzgün götür-qoy eddə bilmirlər. Təəssüflə qeyd edim ki bəzən son çarəni ölümdə (intihar etməkdə) görürlər.

Bu yaşdaki suisidial cəhdlərin əksəriyyətinin yalnız bir məqsədi olur – yaxın dostlarının, valideynlərinin diqqətini cəlb etmək. Onlar üçün əsas olan ölümdən sonra necə görünəcəkləridir. Belə intihar cəhdi çox vaxt tamaşa xarakteri daşıyır və faciəli sonluq daşımır. Əslində onlar intihar etməyə hazırlaşmırlar, lakin hesablamalarda yalnış baş verir. Onlar sona qədər dərk etmirlər ki, anaları dəfndə peşman olub ağlamağının, səhvini etiraf etməyinin heç bir mənası olmayacaq.

Bir qayda olaraq, intihar etməyə cəhd etməzdən əvvəl yeniyetmələr mümkün qədər yaxınlarını intiharla şantaj edirlər və öz tələblərini irəli sürürlər. Valideynlər, yaxınlar bu təhlükəni diqqətsiz qoyması, boş şeydi deyib üstündən keçməsi yeniyetmənin həyatı bahasına başa gələ bilər. Yeniyetmə suisidinin psixoloji mənası- kömək üçün çağırış, bir növ diqqəti öz problemlərinin üstündə cəmləməkdir. Onların ölüm təsəvvürlər infantil olur.

Tam şəkildə suisidial riski müəyyən etməyə imkan verən əlamətlər mövcud deyil. Yeniyetmələrdə suisid aşağıdakı əlamətlərə malikdir:

  • Suisid qısamüddətli olur, yaxınları ilə münasibət də yüngül konfliktlər özünü göstərir
  • Suisid daxili böhran yaradır və hadisələri dramatikləşdirir
  • Suisidial davranış romantik-qəhramani şan-şöhrət kimi qavranılır
  • Suisid üsulu bacarıqsız, zəif seçılmiş olur (aşağı mərtəbələrdə tullanma, az zəhərli vasitələr və s)

Yeniyetmələrdə suisid aktını azaltmaq üçün nə etmək olar? –ilk öncə validenlərlə profilaktik görüşlər təyin olunmalı və onlar maariflənməlidir. Valideyn-övlad münasibətlərinə ən çox bu yaş dövründə diqqət yetirilməlidir. Hər bir valideyn bilməlidir ki o özü də bu dövrdən keçib və övladını bu keçid (böhranlı) dövründə başa düşməli və onu intihar haqqında fikirlərdən uzaq tutmağa çalışmalıdır.

Elnarə Əhmədli

Bakı Dövlət Universitetı, Sosial Elmlər və Psixologiya fakultəsi, Təhsildə Sosial Psixoloji Xidmət ixtisasının III kurs tələbəsi

Share to Odnoklassniki