Author Archive

“Psixoaktiv maddələrdən sui-istifadə zamanı yaranan asılılığın tibbi-psixoloji aspektləri, profilaktika, korreksiya, terapiya və reabilitasiyasının əsas mexanizmləri” mövzusunda elmi-praktik seminar

Psixologiya Elmi-Tədqiqat İnstitutu və Respublika Narkoloji Mərkəzi sizi fərqli və aktual olan “Psixoaktiv maddələrdən sui-istifadə zamanı yaranan asılılığın tibbi-psixoloji aspektləri, profilaktika, korreksiya, terapiya və reabilitasiyasının əsas mexanizmləri” mövzusunda elmi-praktik  əsaslarla tədris olunacaq 4 saatlıq seminara dəvət edir. Seminar hər biri öz sahəsində peşəkar və kifayət qədər təcrübəli olan 4 mütəxəssisin təqdimatında baş tutacaq: 1) Ramin… Ətraflı

Məktəb Psixoloqlarının Peşəkar İnkişafı Kursunun üçüncü modulu

Instagram_psixologiya_institutu_74681727_2340921542888618_2395369634851496486_n (1)

Dəyərli izləyicilər, 16.11.2019 tarixində Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, psixologiya elmləri doktoru Elxan Bəylərovun təqdimatında Məktəb Psixoloqlarının Peşəkar İnkişafı Kursunun üçüncü modulu baş tutdu. Kursda Bakı məktəbləri ilə yanaşı, ölkəmizin digər şəhər və rayon məktəblərinin psixoloqları da iştirak edirlər. Arzuolunan kursun tədrisi üçün Elxan müəllimə təşəkkürümüzü bildirir, bütün iştirakçılara uğurlar arzu edirik.

Klinik Psixologiya Kursunun üçüncü modulu

Instagram_psixologiya_institutu_72777977_973612183006081_9084636215251626696_n

16.11.2019 tarixində Elmi-Psixoloji Layihələrin İdarə Edilməsi Şöbəsinin müdiri, psixoloq Nərmin Quliyevanın təqdimatında tədris olunan Klinik Psixologiya Kursunun üçüncü modulu baş tutdu. Qeyd edək ki, kurs proqramı Amerika Psixoloqlar Assosiasiyasının yeni proqramına əsaslanaraq hazırlanmışdır. Nərmin xanıma uğurla tədris olunan kurs üçün təşəkkürümüzü bildirir, kurs iştirakçılarına növbəti modullarda görüşmək ümidilə uğurlar arzu edirik.

Koqnitiv Bihevioral Terapiya kursu başa çatdı

Instagram_psixologiya_institutu_73398097_1424845684330171_2826053603419022933_n (2)

28.09.2019 tarixində başlayan, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin klinik psixoloqu, İtaliyada sinir elmləri üzrə uzmanlıq keçmiş mütəxəssis, həkim-psixoterapevt Aydan Xasməmmədzadənin təqdimatında tədris olunan Koqnitiv Bihevioral Terapiya kursu ötən həftə, 09.11.2019 tarixində başa çatdı. Bu gün, 16.11.2019 tarixində kurs iştirakçıları ilə 6 modul üzrə davam edən 24 saatlıq kurs proqramı əsasında imtahan keçirildi. İmtahandan uğurla keçən,… Ətraflı

TƏLƏBƏ PSİXOLOQLARIN II ÜMUMRESPUBLİKA KONFRANSI

IMG-20191104-WA0004 (1)

Müasir Azərbaycan Psixoloqları İctimai Birliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutu  qürur hissi ilə ikinci dəfə TƏLƏBƏ PSİXOLOQLARIN II ÜMUMRESPUBLİKA KONFRANSI-nı təqdim edir. Tarix təkrarlanacaq, ilk dəfə 23.12.2018 tarixində baş tutan konfrans 21.12.2019 tarixində yenidən təkrarlanacaq, bu dəfə daha fərqli, daha möhtəşəm! Məqsədimiz psixologiya sahəsində peşəkar kadrlar yetişdirməkdir! Odur ki, psixologiyanı sevən, bu sahə üzrə təhsil alan… Ətraflı

Psixologiya Elmi-Tədqiqat İnstitutu sizi ilk dəfə olaraq Qrup Terapiyasına dəvət edir.

IMG-20191111-WA0089 (1)

Psixologiya Elmi-Tədqiqat İnstitutu sizi ilk dəfə olaraq Qrup Terapiyasına dəvət edir. Qrup terapiyası oxşar problemləri olan bir neçə insanın eyni vaxtda problemlərini həll etməyə yönəlmiş terapiya növüdür. Qrup terapiyanın məqsədi təcrübələrini paylaşmaq, fərqindəlik yaratmaq, çətinliklərlə mübarizədə yeni qaynaqlar əldə etmək, ünsiyyət bacarıqlarını formalaşdırmaq, təkmilləşdirmək, şəxsiyyətlərarası münasibətləri yaxşılaşdırmaq, özünüqiymətləndirmə və özgüvən duyğusunu, motivasiyanı yüksəltmək, kompleksləri aradan… Ətraflı

Praktik Psixologiya Kursu

IMG-20191111-WA0082 (1)

Psixologiya Elmi-Tədqiqat İnstitutu ilk dəfə olaraq Praktik Psixologiya Kursunu təqdim edir. Kurs Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu, Nəzəri və Eksperimental Psixologiya şöbəsinin elmi katibi Səbinə Ələkbərova tərəfindən tədris olunacaq. Proqramı 18 saatı əhatə edən Praktik Psixologiya Kursu öz icazəsi olmaqla real pasientlərin iştirakı ilə 6 modul üzrə tədris ediləcək. Hər modul həftədə 1 dəfə… Ətraflı

Elmi-Psixoloji Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, psixoloq Nərmin Quliyevanın təqdimatında “Şəxsiyyət tipləri və şəxsiyyət pozuntuları” mövzusunda təlim keçirildi.

Instagram_psixologiya_institutu_72125509_2774874999242330_160742450374821638_n (1)

11.11.2019 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Elmi-Psixoloji Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, psixoloq Nərmin Quliyevanın təqdimatında “Şəxsiyyət tipləri və şəxsiyyət pozuntuları” mövzusunda təlim keçirildi. Nərmin xanım təlimin mövzusuna uyğun olaraq, hər bir şəxsiyyət tipi haqqında ətraflı məlumat verib, onları bir-birindən fərqləndirən xüsusiyyətləri qeyd etdi. Həmçinin, şəxsiyyət tipləri ilə şəxsiyyət pozuntularını bir-birindən fərqləndirməyin yollarını izah edib həmin… Ətraflı

Uşaq Psixologiyası Kursumuzun ikinci modulu

Instagram_psixologiya_institutu_75244461_1027585597586118_3928948629842075137_n (1)

Narınc Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Narınc Rüstəmovanın təqdimatında tədris olunan Uşaq Psixologiyası Kursumuzun ikinci modulu 11.11.2019-cu il tarixində baş tutdu. İştirakçılar tərəfindən böyük marağa səbəb olan kursun tədrisi üçün Narınc xanıma dərin təşəkkürümüzü bildirir, kurs iştirakçılarına növbəti modullarda görüşmək ümidilə uğurlar arzu edirik.