Psixologiya Elmi-Tədqiqat İnstitutu və Respublika Narkoloji Mərkəzi sizi fərqli və aktual olan “Psixoaktiv maddələrdən sui-istifadə zamanı yaranan asılılığın tibbi-psixoloji aspektləri, profilaktika, korreksiya, terapiya və reabilitasiyasının əsas mexanizmləri” mövzusunda elmi-praktik əsaslarla tədris olunacaq 4 saatlıq seminara dəvət edir.
Seminar hər biri öz sahəsində peşəkar və kifayət qədər təcrübəli olan 4 mütəxəssisin təqdimatında baş tutacaq:
1) Ramin Allahverdiyev – Respublika Narkoloji Mərkəzinin psixoloqu, Bakı Dövlət Universitetinin Sosial Psixologiya üzrə doktorantı, müəllimi;
2) Kiyan Javadi Tarziloo – Bakı Dövlət Universitetinin Tibbi Psixologiya üzrə doktorantı, psixoterapevt;
3) Professor Dr. Mojteba Haşemzada – Mərkəzi Gömrük Hospitalının bariatrik ve metabolik cərrahı.
4) Günay Əliyeva – Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu.
Seminar 30 Noyabr 2019 tarixində, saat 12:00-16:00-da Psixologiya Elmi-Tədqiqat İnstitutunda baş tutacaq.
İştirak ödənişlidir. İştirak edən hər kəsə seminarın sonunda SERTİFİKAT təqdim ediləcək.
Öncədən qeydiyyat mütləqdir.
Ətraflı məlumat və qeydiyyat üçün əlaqə nömrəsi: 070 268 27 08 ( mobil/what’s App)