11.11.2019 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Elmi-Psixoloji Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, psixoloq Nərmin Quliyevanın təqdimatında “Şəxsiyyət tipləri və şəxsiyyət pozuntuları” mövzusunda təlim keçirildi. Nərmin xanım təlimin mövzusuna uyğun olaraq, hər bir şəxsiyyət tipi haqqında ətraflı məlumat verib, onları bir-birindən fərqləndirən xüsusiyyətləri qeyd etdi. Həmçinin, şəxsiyyət tipləri ilə şəxsiyyət pozuntularını bir-birindən fərqləndirməyin yollarını izah edib həmin pozuntuların diaqnostikası və müxtəlif terapiya metodları ilə korreksiyasına da geniş yer ayırdı, iştirakçıların suallarını cavablandırdı.
Təlimin sonunda iştirakçılara Sertifikat təqdim olundu.
Əhəmiyyətli informasiyalarla zəngin təlim üçün Nərmin xanıma təşəkkürümüzü bildirir, iştirakçılara uğurlar arzu edib növbəti təlimlərimizdə də gözləyirik.