Psixologiya Elmi-Tədqiqat İnstitutu sizi ilk dəfə olaraq Qrup Terapiyasına dəvət edir.
Qrup terapiyası oxşar problemləri olan bir neçə insanın eyni vaxtda problemlərini həll etməyə yönəlmiş terapiya növüdür.
Qrup terapiyanın məqsədi təcrübələrini paylaşmaq, fərqindəlik yaratmaq, çətinliklərlə mübarizədə yeni qaynaqlar əldə etmək, ünsiyyət bacarıqlarını formalaşdırmaq, təkmilləşdirmək, şəxsiyyətlərarası münasibətləri yaxşılaşdırmaq, özünüqiymətləndirmə və özgüvən duyğusunu, motivasiyanı yüksəltmək, kompleksləri aradan qaldırmaqdır.
Qrup terapiyası Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin klinik psixoloqu, İnkişaf və Yaş Psixologiyası şöbəsinin əməkdaşı Gülər Zaman tərəfindən həftədə 1 dəfə 2 saat müddətində aparılacaq.
Qrup Terapiyasının proqramına daxildir: – Qrup Terapiyası nədir?;
- Qrup Terapiyasının aparılma qaydaları; – Özünü tanıma – “Mən kiməm?”;
- Cəmiyyətdə rolumuz;
- Sosiallaşmaq və ünsiyyət problemlərinin aradan qaldırılması və ünsiyyət bacarıqlarının gücləndirilməsi üçün məşğələlər; – Özünü daha yaxşı ifadə etmək; – Meditasiya.
Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə: 070 268 27 08 ( mobil/what’s App)