Müasir Azərbaycan Psixoloqları İctimai Birliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutu qürur hissi ilə ikinci dəfə TƏLƏBƏ PSİXOLOQLARIN II ÜMUMRESPUBLİKA KONFRANSI-nı təqdim edir.
Tarix təkrarlanacaq, ilk dəfə 23.12.2018 tarixində baş tutan konfrans 21.12.2019 tarixində yenidən təkrarlanacaq, bu dəfə daha fərqli, daha möhtəşəm!
Məqsədimiz psixologiya sahəsində peşəkar kadrlar yetişdirməkdir!
Odur ki, psixologiyanı sevən, bu sahə üzrə təhsil alan və çalışan, ümumiyyətlə, psixologiya ilə maraqlanan hər kəsi TƏLƏBƏ PSİXOLOQLARIN II ÜMUMRESPUBLİKA KONFRANSI-na dəvət edirik.
Sizi əmin edirik ki, həmin gün zəngin təcrübə, bol informasiya, yeni biliklərlə dolu bir gün sizi gözləyir.
Konfrans 21.12.2019 tarixində, saat 11:00-16:00-da Psixologiya Elmi-Tədqiqat İnstitutunda baş tutacaq.
Konfransda iştirak edən hər kəsə SERTİFİKAT təqdim ediləcək.
İştirak ödənişlidir.
Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə: 070 268 27 08 ( mobil/what’s App)