Author Archive

Qurbağadan şahzadəyə…

Princess-and-the-frog-disneyscreencaps.com-3242.jpg

Bir var idi, biri yox idi. Balaca gözəl bir dağ var idi. Bu uşağı ərköyün böyüdərək, bütün arzularını həmin an reallaşdırıldılar, uşaq çox xoşbəxt idi. Hər könüldən keçəni etmək nə qədər gözəldir və nə qədər gələcəkdə çətinliklər yaradır. Uşağın nadinc və asılı varlıq tək  böyüməsi artıq əvvəlcədən sığortalanmışdı. Lakin, bir gün uşağın balaca qardaşı doğulur.… Ətraflı

Uşaqlar niyə intihar edir?

12833341_1022453291162261_631011006_n

Neftçalanın 1-ci Mayak kəndində 11 yaşlı Kazımova Xədicə Rüstəm qızı yaşadıqları həyətdəki yarımçıq tikilidə özünü təsərrüfat ipi ilə asaraq intihar edib. Əvvəllər uşaqların intihar etməsinə nadir hallarda belə rast gəlmək mümkün deyildi. İnsan ömrünün ən qayğısız, ən xoş dövrü olan uşaqlıq illəri  ən xöşbəxt günlər hesab olunurdu. Amma bu hаl getdikcə dəyişmək üzrədir. Uşaqların həyatın… Ətraflı

Homoseksual propaqanda və ya bu hər insanın öz seçimi

81213949_2547425688_homosexual_gay_xlarge_xlarge

Bu günə nəzər yetirsək, xəstəliklər təsnifatında homoseksualizm bir xəsətəlik kimi artıq yoxdur. Dünyanın çox ölkələri artıq insanın seçimini azad qəbul edərək sevgilisinin cinsiyyətinədə demokratik baxmağa çalışır. Psixoanalitik prizmasından yanaşsaq hər bir insan biseksual doğulur və sosiallaşma baş verdikcə insan öz orientasiyasını müəyyənləşdirir. Burada böyük rol tərbiyə və ətraf mühitə adapatasiyaya aiddir. Bəzən belə insanlarla qarşılaşanda… Ətraflı

“Səndən yar, sənə yar, şikayətim var…”

1458863_1022454497828807_1741357016_n

8 mart 2016-cı il tarixində Psixologiya və Konsultasiya Mərkəzində, mərkəzin rəhbəri, psixoloq Elnur Rüstəmovun təqdimatında xanımlar üçün nəzərdə tutulmuş ” Səndən yar, sənə yar, Şikayətim var…” adlı seminar keçirildi! Seminarda xanımların psixologiyasının incəliklərindən,  istəklərindən danışıldı. 8 Mart Beynəlxalq Qadınlar gününə təsadüf edən seminarda Psixoloq Elnur Rüstəmov bütün xanım iştirakçılara çiçək hədiyyə edərək, onları bu özəl… Ətraflı

İdmanın psixoloji faydaları

Sport closeup detail

İdmanla məşğul olmaq uşaqların fizioloji və psixoloji sağlamlığı üçün  çox faydalıdır. Buna görə də uşaqların əsasən də yeniyetməlik yaşında idmana yönləndirilməsi məsləhət görülür. Araşdırmalara görə idmanın nəinki insana fizioloji, eyni zamanda psixoloji faydası çoxdur. İdmanın aşağıdakı psixoloji faydaları var. İdman etməyin uşağın özünə olan güvəninin, mənlik dəyərinin artmasına təsiri yüksəkdir. Tenis, üzgüçülük, basketbol və ya… Ətraflı

Stress

3D Character with head in hands, sitting on the word Stress

Stress nədir? İnsanın özünü narahat və təzyiq altında hiss etdiyi zaman verdiyi fiziki, zehni, duyğusal və davranış reaksiyalarının bütünüdür. Modern cəmiyyətin xəstəliyi olaraq ifadə olunan stress, əslində gündəlik həyatın bir hissəsidir. Hazırda bir çox insan, fərqinə varmasa belə ağır stress yükünə sahibdir. Həyatımızdakı müsbət yaxud mənfi baş verən bütün zehni dəyişikliklər stressli vəziyyətlərdən qaynaqlanır. Rutin… Ətraflı

“Psixologiya günü-3″ layihəsi

12029777_550464325122203_2387742615714512370_o

28 fevral 2016-cı ildə Narınc Uşaq Psixologiya Mərkəzində “PSİXOLOGİYA GÜNÜ 3″ layihəsi keçirildi!!! AR. Səhiyyə Nazirliyinin nəzdində Psixi Sağlamlıq Mərkəzi, Psixologiya və Konsultasiya Mərkəzi və Narınc Uşaq Psixologiya Mərkəzinin ortaq layihəsi olan “PSİXOLOGİYA GÜNÜ” layihəsi silsilə şəklində hər ayın son həftəsi keçirilən bir layihədir. Bu dəfəki Psixologiya günümüzdə 3 dəyərli mütəxəssisimizin çıxışı baş tutdu! – Həkim-psixiatr ORXAN… Ətraflı

Yeniyetməlikdə depressiya

amanda-todd-suicide-2012

Depressiya nədir? Depressiya insanın psixoloji əhval – ruhiyyəsini, ruh halını pozan, beyində gedən biokimyəvi maddələrin parçalanması, qanda serotonin və dofamin maddəsinin zeifləməsi nəticəsində yaranan psixoloji haldır. Hər hansı bir hadisə, stress, gərginlik, ailədə yaxud da işindəki gərginlik, həyatındakı uğursuzluq insanı depressiyaya apara bilər. Insan belə vəziyyətdə ətrafındakı hər şeyi ağ – qara görür , günəşin… Ətraflı

“Valideynlik məktəbi”

12747860_547828262052476_6670777290538997055_o

21 fevral 2016-cı il tarixində Narınc Uşaq Psixologiya Mərkəzində Psixoloq Elnur Rüstəmov və İlahiyyatçı Hacı Surxay Məmmədlinin təqdimatında“Valideynlik məktəbi” layihəsinin açılış dərsi keçirildi. İlahiyyatçı, İçərişəhər “Cümə” məscidinin axundu və eyniadlı dini icmanın rəhbəri Hacı Surxay Məmmədli “İslamda ailə”; Psixoloq, Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri Elnur Rüstəmov “Ailədaxili münasibətlər və onların tənzimlənmə yolları” barədə iştirakçıları məlumatlandırdı.