Yeniyetməlikdə depressiya

amanda-todd-suicide-2012

Depressiya nədir?

Depressiya insanın psixoloji əhval – ruhiyyəsini, ruh halını pozan, beyində gedən biokimyəvi maddələrin parçalanması, qanda serotonin və dofamin maddəsinin zeifləməsi nəticəsində yaranan psixoloji haldır.

Hər hansı bir hadisə, stress, gərginlik, ailədə yaxud da işindəki gərginlik, həyatındakı uğursuzluq insanı depressiyaya apara bilər. Insan belə vəziyyətdə ətrafındakı hər şeyi ağ – qara görür , günəşin çıxıb – çıxmamasının, yağışın yağıb- yağmamasının həmin insan üçün heç bir fərqi olmur, pessimistliyə qapanır. Sinir sistemi, iradi keyfiyyətləri zəif olan orqanizimdə hər zaman depressiya yarana bilər. Hətta depressiyanın özünəməxsus işarəsi də var ki, qaşlar üçbucağa çevrilir və hər zaman çatılmış vəziyyətdə olur. Depressiya illərlə insanın içnde yığılan hiss və narahatlıqlarımızın sona qədər dəyişməmiş fikir və düşüncələrimizin nəticəsidir. Depressiya halı fərqlidir. Hər yaşda insanda rast gəlmək olur. Uşaqdan tutmuş böyüyə qədər. Məktəbəqədər uşaq da bu halla rastlaşa bilər. Məsələn: valideyn evdə ikitirəlik yaradır, uşaqlar arasında fərq qoyursa , uşağa sevgisini , diqqətini az göstərirsə və ya valideyn özü depressiyadadırsa (əsasən ana) uşaqlarda da bu hal baş verə bilər. Belə olan halda uşağın iştahası pozulur, rəngi solur, qarnı sancılayır, gecələr səbəbsiz ağlayır, qışqırır və ciddi sıxıntılar yaranır. Bu da öz növbəsində qapalı hala keçir. Həkimə aparsalar da heç bir problem görünmür, ancaq uşaq depressiyadadır. Eyniyle yuxarı yaşlı uşaqlar da belə durumla üzləşə bilirlər, həkimə apardıqda ürəyinin narahatlığından şikayət eedirlər. Depressiyada iki həftə müddətində əlamətlər davam etməlidir. Sonra diaqnoz qoyulur, yardım alınmasa illərlə davam edə bilər. Əgər iki il müddətində depressiya əlamətləri davam edirsə, deməli depressiya yox distimiyadır. (Yəni çox da nəzərə çarpmayan əlamətlərlə gedən depressiya) Məsələn: adamın 70 yaşı var, deyirlər bunun xarakteri tünddü, qaşqabaqlıdır, qapalıdır, heç vaxt ürəkdən gülmür və s. antidepressant verən kimi düzəlir, çünki distimiyaymış. Demək nə vaxtsa bu insan depressiyada olub, sadəcə ətrafındakılar və ya özü tərəfindən çox diqqət yetirilməyib və getdikcə bunu xarakteri kimi qəbul olunub.

Depressiyanin yaranma səbəbləri:

  • Bioloji faktorlar
  • Sosial faktorlar
  • Psixoloji faktorlar

Depressiya hansı formada təzahür edir:

Bioloji və ruhi dəyişiklik

-Tez-tez əhvalın dəyişməsi

-Daxili qapanma

-Hüzursuzluq

-İştahın pozulması və ya pataloji iştah

-Yuxu nizamındakı dəyişiklik

Əgər bu əlamətlər iki həftə müddətində davam edərsə, demək depressiyadır.

Depressiyadan çıxmağın yolları;

  • klinik yardım
  • psixoloji yardım
  • fəal istirahət

Depressiyadan çıxmaq üçün dərmanla paralel psixoloji yardım almağı da mütləqdir. Həyat tərzində mütləq dəyişiklik etməlidir, fəal istirahətlə məşğul olmalıdır. Belə durumda vəziyyətdən çıxmaq üçün insanlar imanlarını artırmaqla, dini inanclarla, Qurani – Kərimi dinləməklə də yardım almış olurlar.

Sevda Xəlilova

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

Share to Odnoklassniki