Bu günə nəzər yetirsək, xəstəliklər təsnifatında homoseksualizm bir xəsətəlik kimi artıq yoxdur. Dünyanın çox ölkələri artıq insanın seçimini azad qəbul edərək sevgilisinin cinsiyyətinədə demokratik baxmağa çalışır.
Psixoanalitik prizmasından yanaşsaq hər bir insan biseksual doğulur və sosiallaşma baş verdikcə insan öz orientasiyasını müəyyənləşdirir. Burada böyük rol tərbiyə və ətraf mühitə adapatasiyaya aiddir.
Bəzən belə insanlarla qarşılaşanda onlara sual verirlərki, necə olduki, siz homoseksual olduğunuzu hiss etdiniz? Burada iki cavab olar bilər. Var homoseksual doğulan və sonradan homoseksual meyli hiss edənlər.
Əgər bələ davranış uşaqlıqdan müşahidə olunursa, ve genetik səviyyədə baş veribsə, üstəgəl insanın özü tərəfindən qəbul edilirsə- belə davranışı ətraf mühit tərəfdən qəbul etsələr daha doğru sayılar. Bir homoseksual qadının etirafı: “mən uşaqlıq gündəliyimi oxuyanda qizları sevdiyimi anladım. Bəli… çətin olsa belə mən qəbullanıram və gözəl həyatıma davam etmək istəyirəm. Niyə yalandan tanışlarıma mən kişi sevirəm deməliyəm. Axı bu belə olmamalıdır.”
Sonradan homoseksual meyli hiss etmək , eynicinsli təcrübənin fiksasiya olduğundan irəli gəlir.
Ama psixoanalizə fikir versək, görəcəyikki, istənilən normadan kənar (xəstəlik olmasa belə) davranış (buraya homoseksual davranışda aid olunur) fiksasiya olunmuş və meyli əvəzləmiş sayılır.
Fiksasiya nədir?
Əgər baş vermiş hadisə həddindən artıq, psixikamızın gücü çatmayan səviyyədə baş verirsə, bu vəziyyət bizdə qalır. Həddindən çox hiss edilən erotik yönəliş, həzz alma anı, libidonun zəfər anı, erosun qalibiyyəti, İdin oyanması- bunlar hamısı fiksasiyaya gətirir.
Bəzən bu hadisələr bizim yadımızda qalmır. Müdafiə mexanizmlərinin köməyi ilə biz unuduruq, lakin şüursuzluq heç vaxt unudmur. Öz həzzini normadan fərqlənən davranış kimi nümayiş etdirir.
Bəzən insan öz İdinə qalib gəlməyərək homoseksuallığını göstərir. Bu onun öz həyatıdır. Öz seçimidir. Və özü istəmədən biz müdaxilə edə bilmərik.
Lakin, gəlin gələcək nəsillər haqqında düşünək. Əgər, uşaq belə davranış nümünəsi görsə, o imitasiya edərək belə olmaq istəyəcək (imitasiya inkişaf prosesinin bir pilləsidir). Və buna görə, təbiət qoyduğu qanunlardan fərqlənən davranış daha gözəl olardıki, nümayiş etdirilməsin. Şübhəsiz ki, hamı psixoanaliz terapiyasından istfadə etmir və onun şüursuzluğunda olan meylləri heç kəs (hətta özü) bilmir.
Insanlar tolerantdır, və homoseksual yaşayan insanlara hörmətlə yanaşır. Heteroseksual öz öhdəsinə düşən əməli yerinə yetirir (dözümlü olmaq) və homoseksual etsə (propaqandadan uzaq olmaq) dünyada bir problem daha az olar.
Aydan Xasməmmədzadə
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu