Bir var idi, biri yox idi. Balaca gözəl bir dağ var idi. Bu uşağı ərköyün böyüdərək, bütün arzularını həmin an reallaşdırıldılar, uşaq çox xoşbəxt idi. Hər könüldən keçəni etmək nə qədər gözəldir və nə qədər gələcəkdə çətinliklər yaradır. Uşağın nadinc və asılı varlıq tək böyüməsi artıq əvvəlcədən sığortalanmışdı.
Lakin, bir gün uşağın balaca qardaşı doğulur. Ailənin ilki taxtdan düşmüş bir şahzadə kimi özünü hiss edir. Ailə bu hissi yaratmaq istəmir, onsuz böyük uşaq yenə də ailənin sevimlisi və ərköyünü olaraq qalır. Yenə də böyük, sevimli və arzuları reallaşan biri olur. Lakin özünün daxilində…
Özünü artıq dünyanın mərkəzində görmür, daxildəki narsistik – eqosentrik istəklər reallaşmır.
Illər keçir… Balaca qardaşın əldə etdikləri böyüyü qıcıqlandırır. Böyük qardaş müqayisə etdikcə özünün nə qədər geridə qaldığını hiss edir. Özü yalnız kiminsə dəstəyi ilə nəyisə əldə edir. Natamamlıq kompleksi inkişaf etdikcə paxıllıq hissi böyüyü boğur. Kiminsə nailiyyətini görüb sevinmək artıq onun üçün deyil. Hər axşam özü haqda düşünüb və “mən heçnəyəm” demək artıq bir vərdiş halını alır.
Gözlərindəki qəm, hirs və eyni zamanda nifrət özünü büruzə verirdi.
Problemlər günbəgün artaraq, özgələrinə, və ən əsası kiçik qardaşa biraz da pis davranmağı vadar edirdi.
Kiçik qardaş tez böyüdü. Onun qarşısında dayanmaq mümkün deyildi. İnkişaf etdikcə ətrafa gözəl münasibətini daha da çox nümayiş etdirirdi. Heç bir çətinlikdən qorxmayan bir varlıq. Pis cəhətlərdən azad olmağa çalışırdı. Bunu görən böyük qardaş əlbət bir gün dözmədi və nə qədər nifrət etdiyini ona bildirdi.
K.d. dedi: “Nə səbəbdən axı sən mənə bu qədər kinlisən?”
B.d. dedi: “Çünki sən hər şeyə nail olan, istədiyinə çatan birisən. Bəs mən? Mən isə heçnə bacarmayan bir varlıq. Mən yaşamıram, mən sadəcə varam. Mənim heç kimim yoxdur. Mənim dostlarım yoxdur. Mən hər axşam dünyada nə qədər pis varlıq olduğu haqda düşünürəm. Və bütün bunlar məni sıxır. Dözə bilmirəm. Niyə mən bu qədər bədbəxtəm?!”
Böyük qardaş susdu…
Çox düşündü kiçik qardaş. – “Tərk edərək qardaşımı mən böyük səhv edərəm. Bu vəziyyətdən çıxış yolu yalnız ona kömək edib onun xoşbəxt olmasını izləməkdir.”
Bir soyuq fevral günü idi. Böyük qardaş yenə öz kinli qara fikirləri ilə təkbətək idi. Nə dost, nə tanış. Tək oturaraq “heç nə ilə” məşğul idi.
Birdən kiminsə isti “əli” onun çiyninə toxundu. Qardaş heyrətlə atdı özünü. Arxada kiçik qardaş durmuşdu.
K.d. dedi: “Mən səninlə söhbət etmək istəyirəm. Gəl məsələni aydınlaşdıraq.”
B.d.: “Məni tək burax. Mənim kimi bir heçnə ilə nədən danışacaqsan. Sən kim, mən kim.”
K.d.: “Mən ilk öncə adi hamı kimi bir varlıq, və sənin qardaşınam. Mən sənin problemlərini səninlə bölüşmək istəyirəm. Sənə kömək etmək istəyirəm. Axı biz qardaşıq.”
B.d.: “Necə axı mənə, mən sənə dediyimdən sonra kömək edirsən… Və necə kömək edəcəksən?”
K.d.: “Məşhur bir deyim var. Varlıqlar şahzadələrə və qurbağalara bölünür. Qurbağalar bütün səhvlərini başqalarında görürlər, hamını günahlandırırlar, özlərini qurban sayırlar. Lakin şahzadələr elə deyil. Onlar problemlərdən qaçmırlar. Heç kimi günahlandırmırlar. Hər vəziyyətdən çıxış yolu axtarırlar. Onlar hamıını, hər bir anı, hər vəziyyəti və ən əsası özlərini necə varsa qəbullanırlar. Və bu onları xoşbəxt edir. Onlar həyatı sevirlər. Hər bir səhv onları gücləndirir. Bununla şahzadələr dünyada qaliblər sıralarındadırlar.”
B.d. dedi: “Demək istəyirsən ki, mən qurbağa, sən isə şahzadəsən?”
K.d.: “Hər bir dağ, eləcədə mən qurbağa oluruq. Lakin sonradan, kimin necə olacağını hər bir fərd özü müəyyən edir. Əgər məndən soruşmaq istəyirsənsə necə, başla, dayanma, irəli və sonda işıq var. Onsuz bir gün 1000 yaşımız olacaq, amma bir var 1000 yaşlı arzusuna çatmış dağ və birdə var heç nəyə nail olmamış, boş həyat yaşamış, sellərə məğlub olmuş bir dağ. Necədə maraqlı dünyadı… Hər bir an sənindir və sən özün müəyyənləşdirirsən necə, hansı vaxt və hansı formada addım atasan. Məncə elə indi əsl vaxtıdır. At, kinini ürəyindən, sənin özünə rahat olacaq.”
B.d.: “Axı mümkün deyil.”
K.d.: “Bu dünyada hər şey mümkündür. O qədər varlıqlar həyatını yenidən başlayıblar. Və mümkündür inan ki, bir yerdə biz mübarizə apara biləcəyik.”
B.d.: “Mən sənin kimi ola bilmərəm. Sən güclü, selə güc gələ bilən, küləklərə sinə tutansan. Mən isə zəif, və yalnız nifrətlə dolu bir varlığam.”
K.d.: “Sən edə bilərsən. Səndən yalnız bir şey tələb olunacaq. Sadəcə bir fikirini dəyiş. – Aləm elədə pis deyil. Varlıqlar mübarizə üçün doğulub. Amma sülh üçün mübarizə aparmaq. Məndə indi mübarizə aparıram. Səni kinin, hirsin, paxıllığın əlindən qurtarmaq üçün mübarizə aparıram.”
B.d.: “Məgər belə asandır? Fikirləri dəyişmək vaxt tələb edir. Uzun vaxt.”
K.d.: “Yalandır. Bir saniyə tələb edir. Istə və bir anda dəyiş. Hər şey sənin əlindədir. Sadəcə istə.”
B.d.: “Və pis dağlar olmayacaq artıq? Axı bəziləri pisdir.”
K.d.: “Olacaq. Amma biz bir yerdə mübarizə aparıb onları dəyişməyə çalışacağıq. Əl ələ verib.”
Eynən insan da – istəsə bir anda dəyişər. Həyatını, baxışlarını, ətrafını, bağlandığı hər şeyi. Qurbağalar çoxdur: heç nəyə nail olmayıb özünə qapananlardır. Lakin onlar hər an üstlərindən o qurbağa geyimini atıb, şahzadəyə çevrilə bilərlər.
Hər insan özü seçim edir. Nail olum ya olmayım. Adam olum ya insana çevrilim. Bir məqam var burda: sadəcə istə! Həyat yalnız o zaman həyatdırki, bizim arzularımız var. Arzu bitəndə həyat bitir. Dayanma – çalış! Dayanma – mübarizə apar! Gün gələcək səndə mütləq şahzadə olub öz şahzadənə rast gələcəksən!
Bir anda istə – bir anda əldə et. Burada və indi!
Erik Bern: Tranzakt analiz.
Aydan Xasməmmədzadə
Psixologiya və Konsultasiya Mərkəzinin psixoanalitiki
Çərşənbə axşamı, Mart 15th 2016 at 7:44 pm
cox maragliydi bu esil menlik bir yazi idi.Men cox paxil kinliyem oz kinim meni bogur…Tesekkurler