Posttravmatik stress pozuntusu ümumiyyətlə,həyati təhlükə yaradan hadisədən sonra başlayan və həyat keyfiyyətini aşağı salan problemdir. İlkin dönəmlərdə, müharibədən sonra əsgərlərdə müşahidə olmasına baxmayaraq təyyarə qəzaları, qaçırılma, təbii fəlakətlərdən (zəlzələ, sel …) sonra da müşahidə edilir. Şəxs travmatik hadisəni və bunun perseptual-koqnitiv-emosional hissələrini yuxularında görür və gün ərzində təkrarlanan hadisələr şəkildə yaşayır. Bu feedback`lar (geriyə dönmələr) hadisəni eyni canlılığı ilə pasiyentə yaşadır və həyat keyfiyyətini diqqətə çarpan şəkildə aşağı salır. Psixoanalitik model, travmanın keçmişdə yaşanan həll olunmamış psixoloji konfliktləri canlandırdığı hipotezini müdafiə edir. Koqnitiv baxımdan, beynin travma əsnasındakı daimi məlumat axınını, mənalandırma və maneə törətmə ilə işləməyə çalışdığı müəyyən olunmuşdur. Bioloji modellərdə isə hərəkətli şəkildə fəaliyyət göstərən neyrotransmitter sistemə diqqət yönəldilir. Xüsusilə,hipotalamo-pitüiter-adrenal sistemin həddindən artıq olduğu düşünülür.
Bəzi fərdlər bu xəstəliyi tam olaraq yaşamır. Simptomlar ümumiyyətlə,travmatik hadisədən 3 ay sonra başlayır və şiddəti (ağırlıq dərəcəsi) insana görə dəyişir. Bir qrup pasiyentdə şikayətlər 6 ay, bir qismində bir neçə il davam edir. Həyat boyu şikayətləri davam edən insanlar var. Xroniki vəziyyətə keçməyə meyil göstərən PTSP-nun görülmə nisbətini 1-9% arasındadır.
Posttravmatik stress pozuntusu üçün şəxsiyyətin uyğunluğu ilə yanaşı mütləq travmatik bir hadisə olmalıdır. Tədqiqatlar, xəstəliyin yüksək nisbətdə xronikləşdiyini göstərir. Müxtəlif araşdırmalar 6 ay sonra 51%, 12 ay sonra 42%, 36 ay sonra 33% nisbətində PTSP-nin davam etdiyini göstərir.
Müalicəsi:
Bütün müalicə yanaşmalarında olduğu kimi PTSP-nun terapiyasında məqsəd əlamətlərin aradan qaldırılmasıdır. PTSP-nin müalicəsində psixoterapiyanın təməl daşı olduğunu ifadə edən tədqiqatçılar medikamentoz müalicə ilə autonomik cavabı (bədənin o sırada göstərdiyi istəksiz reaksiyaları) nəzarət altına alaraq müalicənin gücləndiyini ifadə edir.
PTSP-da medikamentoz müalicənin məqsədi aşağıdakı şəkildə təsnif olunur:
- Ona zərər verəcək əlamətləri azaltmaq,
- Çəkinmə əlamətlərini korreksiya etmək,
- Həddindən artıq həssaslığı azaltmaq,
- Depressiyanı və zövq almamağı aradan qaldırmaq,
- Dissosiativ və psixotik əlamətləri nəzarət altına salmaq.
Daha çox müşahidə edilən simptomlara görə müalicənin istiqaməti hər bir xəstə üçün dəyişə bilər. Posttravmatik stressin yaranmasında daha əvvəl mövcud olan psixiatrik pozuntuların və ailədəki psixiatrik anamnezin olmasının risk faktoru daha üstündür. Posttravmatik stress pozuntusu olan şəxslərdə bu xəstəlik ilə eyni anda və ya həyat boyu hər hansı psixiatrik bir xəstəliyin görülmə ehtimalı yüksəkdir. Başqa bir psixiatrik pozuntu ilə birlikdə görülən PTSP-nun əlamətlərinin xronikləşmə ehtimalı daha yüksəkdir.
Travmadan sonrakı xroniki dövrdə olunan müalicə prinsipləri:
DSM-IV ‘də xroniki stress pozuntusunun diaqnoz meyarlarının müəyyənləşdirilməsi, travmaya məruz qalmış şəxslərə yardım edilməsinin lazımlılığını ortaya qoyur. Travmadan sonra erkən başlanan psixoloji və sosial dəstək, farmakoterapiya və ya psikoterapiyada PTSP-nun yaranmasının hansı miqyasda təsir göstərdiyi hələ də məlum deyil. Lakin travmanın şiddəti və inkişaf etdirilən psixoloji reaksiyanın dərəcəsi, şəxsin travmadan hansı miqyasda təsirləndiyini göstərir. Travmanın şiddəti və psixoloji reaksiyanın dərəcəsinə görə insanlara lazımlı kömək planlanmalı və tətbiq olunmalıdır.
1. Kiçik bir travmaya məruz qalan şəxsin psixoloji reaksiyası çox deyilsə,lazımlı sosial dəstək kifayət edəcək.
2.Təbii fəlakət kimi daha ciddi bir travmayla qarşılaşıbsa, sosial dəstəklə yanaşı məlumatlandırma və psixoloji yardım xidməti edilməlidir.
3.Travma sonrası şəxsin psixoloji reaksiyası çoxdursa, farmakoterapiya, psixoterapiya və xəstəxanada yataraq müalicə görməsi mütləqdir.
4.Ciddi travma yaşayan və irəli dərəcədə psixoloji reaksiya göstərən şəxslərə mütləq primer psixiatrik kömək edilməlidir.
Travmadan sonra və xroniki PTSP-da dərmanlar ümumiyyətlə, sedasiyanı təmin etmək üçün istifadə edilir.
PTSP-da müalicə müddəti:
PTSP nisbi olaraq məşhur ancaq davamlı əhəmiyyət verilməyən bir xəstəlikdir. Bu xəstə qrupu əksər hallarda eyni diaqnoza malikdir. Həm psixoterapiya və həm də farmakoterapiya xəstəliyin müalicəsində təsirlidir. PTSP-lu pasiyentlərin reabilitasiyasında medikamentoz müalicəyə mütləq əhəmiyyət verilməlidir. Medikamentoz müalicənin təsirli ola bilməsi üçün xəstənin dərman istifadəsi, düşüncəsinə adaptasiya olması əhəmiyyətlidir. Bir çox bu pozuntudan əziyyət çəkən pasiyentlər ruhi vəziyyətə təsir edən dərmanlarla müalicəni qəbul etmədiyindən, ilk pillə xəstəyə dərmanın rolunun başa salınması ilə kömək etməkdir. Əlavə təsiri aşağı, gündəlik istifadəsi asan bir dərman aşağı dozada başlanmalıdır. İlkin narahatlıq və ya əlavə təsir xəstənin dərmanı kəsməməsi lazım olduğunu açıqlamalıdır. Xəstənin stabilizasiya (əlamətlərin ortadan qalxması) dövrü 2-3 ayı müddəti əhatə edə bilər.
Xroniki PTSP-lu pasiyentlərdə aşağıdakı simptomlar varsa medikamentoz müalicəyə davam edilməlidir:
- Zəif sosial dəstək
- Keçmişdə yaşanan suisid (intihar) riski
- Şiddət göstərmə əhvalatı
- PTSP əlamətlərinin uzun müddət davam etməsi
- Simptomatik olduqda neqativ funksionallıq səviyyəsi
- Kəskin PTSP simptomları əhvalatı olması
Nərmin Quliyeva
Xəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi