Gecikmə, vacib olan işləri sonraya saxlamaq, vaxtdan səmərəli istifadə etməmək deməkdir. Bu prosses zamani insan zamanını nə dincəlməyə, nə də işləməyə sərf edir. Misal olaraq, tələbə imtahana hazırlaşmaq əvəzinə telefonla oynayir, kompüterin arxasında oturur, yemək yeyir və s. Prokrastiniya xəstəlik deyil, lakin müalicə tələb edir. Bu sindrom anadangəlmə deyil, sonradan yaranır.
Buna səbəb olan faktorlar:
1.Sevmədiyiniz məşğuliyyət: iş, təhsil və digər məşğul olmaq istəmədiyiniz işlər.
2. Vaxtdan düzgün istifadə etməmək.
3. Məqsədsiz işlə məşğul olmaq.
4. Çətin işdən qorxmaq
5. Qərar qəbul etməkdə çətinlik çəkmək.
6. Yorğunluq
Prokrastinasiya ilə mübarizə fərdi xarakter daşıyır. Bu mübarizəni insan özü öz daxilində aparmalıdır. Bununla yanaşı bəzi ümumi məsləhətlərə də riayət etmək lazımdır:
Əgər işiniz hal-hazırda getmirsə, onda işinizi bir qədər sonraya saxlayın. İstirahət prokrastinasiya ilə mübarizədə və onun müalicəsində ən düzgün vasitədir. Görmək istəmədiyiniz böyük və ağır işi bir neçə kiçik hissəyə bölərək yerinə yetirin. Ayırdığınız hər bir hissəni fasilələrlə yerinə yetirin.
Sizi işdən yayındıran faktorları (telefon,komyuter və s.) məhdudlaşdırın. Gördüyünüz işin maddi və mənəvi tərəflərini müəyyən edin.
Əgər bunun öhdəsindən özünüz gələ bilmirsinizsə mütəxəssislərə müraciət edə bilərsiniz