İnsanın dərk etdiyi cisim və hadislərə, başqa adamlara,həmçinin özünün rəftar və davranışına, fikir və arzusuna bəslədiyi münasibəti ifadə edən psixi prosesə hiss və emosiya deyilir.
Hislər iki funksiyanı yerinə yetirir.
1) Siqnal funksiyası
Siqnal funksiyası yeni hislər ətraf aləmdə baş verən hadisələrin hansının insan həyatı üçün faydalı və ya təhlükəli olması barədə xəbər verir.
Siqnal funksiyası əslində bizə olacaqlar barəsində beynin verdiyi xəbərdarlıqdır. Yəni səni xəbərdar edirəm etmə bunu və ya edərsən başın bəlaya düşər.
Bəs biz necə, bu siqnal funksiyasına əhəmiyyət veririkmi?
Düşünürəm ki, çoxumuz bütün bu xəbərdarlıq siqnallarına əhəmiyyət vermədən etmək istədiyimiz hər nəysə edirik.
Nəticə etibarilə bu hadisə bəzilərinə dərs olsa da, bəziləri məsələyə yenə yüngül yanaşaraq yeni bir səhv etməkdən qaçınmır.
2) Tənzimetmə funksiyası
Tənzimetmə funksiyası, yəni hislər insanın hərəkət və fəaliyyətinin motivi kimi çıxış edərək onları müəyyən istiqamətə yönəldə bilər. Müxtəlif hislərin baş verməsi ilə əlaqədar olaraq bədəndə müəyyən dəyişikliklər əmələ gələ bilər. Belə dəyişikliklər hislərin xarici ifadəsi adlanır. İnsanın mimikasına (üzün ifadəli hərəkətləri), pantomimikasına (bədənin ifadəli hərəkətləri), səsin intonasiya və tembrinə əsasən onun nə kimi hislər keçirdiyini təyin etmək olur. Hislər insanın nitqində də ifadə olunur. Hislər insanın fəaliyyəti ilə üzvi sürətdə bağlıdır. Hislər fəaliyyətin mühüm motivi kimi insanı fəaliyyətə təhrik edə və ya fəaliyyətdən çəkindirə bilər.
Bu cəhətdən hislər fəal (stenik) və qeyri-fəal (astenik) olmaqla iki qrupa ayrılır.
a) Stenik hislər.
Stenik hislər orqanizmin həyat fəaliyyətini yüksəldir onun qüvvəsini artırır,fəaliyyətə təhrik edir. Məsələn,sevinc hissi zamanı qan damarları genişlənir,beyin qanla daha yaxşı təmin olunur,insan yorğunluq hiss etmir.
b) Astenik hislər.
Astenik hislər orqanizmin həyat fəaliyyətini zəiflədir,enerjisini azaldır.
Məsələn, kədər hissi zamanı qan damarları büzülür, sifət ağarır, beyinə qan az gedir, bədənin hərarəti aşağı düşür, hərəkətləri ağır və sönük olur, insan özünü əzgin hiss edir.
Nəzərə alsaq ki, bizim stenik və astenik hislərimiz bədənə bir başa təsir edir, biz də müsbət hisləri (xoşbəxtlik,sevinc) artıran insanları yanımızda daha çox saxlayıb mənfi hislər yaradan insanlardan uzaq duraq.
Üzümüzdə daim təbəssüm olsun.
Psixologiya Elmi-Tədqiqat İnstitutunun mütəxəssisi, psixoloq Lalə Əhmədova.