Uşağımı bir şəxsiyyət kimi böyütmək üçün nə etməiyəm?!

45b863e7-07b5-4762-b66c-62dd73359153

Anlayan,kollektivdə özünü idarə edə bilən,hislərini ifadə edən bir uşaq böyütmək üçün ilk öncə o uşağın özünü şəxsiyyət olaraq görə bilməsi şərtdir.Bir uşağın özünü şəxsiyyət olaraq görə bilməsi üçün isə ana-atanın da o uşağa bir şəxsiyyət kimi davranması,ona dəyərli bir varlıq kimi yanaşması lazımdır.Bu zaman uşaq da bu yanaşmadan dolayı özünü dəyərli bir insan olaraq görəcək.”Sabah başımıza oyun açar,indidən gözünün odunu alaq”-deyə əgər uşağa cəzalar verərsək,müxtəlif təzyiqlər edərsək,qarşısına keçib barmağımızla hədələyərsək bu uşaq şəxsiyyət olmaz.Bəlkə sizin qorxunuzdan sizdən asılı bir hala gələ bilər.Bir çox valideyn uşaqlarının bu halları ilə fəxr edirlər.Məsələn:”Ana tərs bir baxışla uşağına baxır,uşaq tez anasına itaət edir.Ətrafdakılar da “maşAllah nə yaxşı uşaq sənə qulaq asır,dediyini edir.”deyirlər”.Və yaxud gözlərini bərəltmiş bir atanın uşağı atasının nə demək istədiyini başa düşərək tez gedib sakit oturur.”Belə qorxuyla böyüdülən uşaqlar sabah ətrafına da zərər verəcək,ana-atasına da.Zorakı yolla,təzyiqlə uşağı itaət halına gətirsək,sabah güc və qüvvətə sahib olduqda,20-25yaşlarda sizin onun üzərində qurduğunuz təzyiq artıq onun sizin üzərinizdə quracağı təzyiqə dönəcək.Nəticədə şəxsiyyət kimi hiss etdirilməyən uşaq gələcəkdə söz haqqı olmayan,rahat idarə olunan birinə çevrilir.İnsan sevdiyi insana itaət edər,insan insan olaraq dəyər gördüyü insanla yaxınlaşar.Qısası,şəxsiyyət olmanın yolu şəxsiyyət kimi hiss etdirilmədən keçir.Bunun üçün də valideynlə uşaq arasında körpəlikdən emosional bağ qurulmalıdır.Valideynlər uşaqlarının ancaq fiziki ehtiyaclarını deyil,emosional ehtiyaclarını da qarşılamalıdırlar.Bu ehtiyaclar da həddində olmalıdır,tarazlıqda olmalıdır.

Share to Odnoklassniki