Neurofeedback 1970-ci illərin əvvəlində ABŞ-da ortaya çixan elmi-sübuta əsaslanan bir müalicədir. Bu proses insanın öz beyin dalğalarının dəyişdirilməsinə kömək edən bir öyrənmə yoludur.Neurofeedback beyin təlimi diqqət və konsentrasiyanı artırmaq üçün daha çox istifadə olunur. Bizim burda əsas bazamız beyin dalğalarımızdır. Daha ətraflı tanış olaq:
1)Delta dalğaları (1-3 Hz)- ən yüksək dalğa amplitüdunə sahib olanlardır, yəni onların tezliyi çox aşağıdır. Nadir hallarda xəyal etdiyiniz mərhələ olan dərin yuxu fazası üçün xarakterikdir.
1)Delta dalğası çox olduqda:
-Beyin zədələnməsi
-Öyrənmə problemləri
-Diqqət pozuntusu
2)Delta dalğası az olduqda:
-Yuxu pozuntusu
3)Delta dalğası normal olduqda
-imunitet sistemi düzgün işləməsi
-təbii sağalma
-dərin yuxu
-cavanlaşma
2)Teta dalğaları (3,5-7,5 Hz)- deltadan sonra teta dalğaları ən yüksək dalğa amplitüduna sahib olanlardır. Sizi dərin bir sakit vəziyyətlə əlaqələndirir: rahatlama və xatirələrə dalma, eyni zamanda xəyal etdiyimiz yuxu mərhələsilə əlaqəlidir.
Nəticə etibarilə bu dalğalar fəaliyyətə keçdikdə, ətrafımızda baş verənlərdən ayrılmış və xəyali təcrübələrə yönəlmiş oluruq.
Teta yuxarı olanda: Depressiv pozuntu, diqqət əksikliyi.
Teta aşağı olanda: Stress, aşağı emosional özgüvənlik.
1)Teta dalğası çox olduqda:
-Diqqət əksikliyi
-Depressiya
-Hiperaktivlik
2)Teta dalğası az olduqda:
-İstirab
-Zəif duyğulu şüur
-Stress
3)Teta dalğası normal olduqda:
-Yaradıcılıq
-Duyğulu əlaqə
-Sakitlik
-Şüursuz ağıl
-İstedad
3)Alfa dalğaları (8-13 Hz)- insanın gümrah, rahat, sakit psixoloji vəziyyətdə generasiya olunur. Beyin alfa vəziyyətində hüzurun, diqqət və konsentrasiyanın, özünüdərkin, yaradıcılıq və təxəyyülün ən yüksək səviyyəsinə çatır. Sağ alfa sol alfadan böyük olmalıdır, olmazsa depressiya var.
Alfa yuxarı olanda: Fokuslanmada problem, aşağı enerji
Alfa aşağı olanda: Auxiety, stress, yuxusuzluq.
Alfa dalğası 8-dən aşağı olarsa, teta dalğasına keçir. (Yuxulama vəziyyətinə), 13-dən yuxarı olarsa, beta dalğasına keçir.(hansısa 1 vəziyyəti fikirləşmək)
Alfa çox olduqda:
-xəyala dalmaq
-fikrin pərakəndə olması
-laqeydlik
Alfa az olduqda:
-istirab
-vasvasılıq
-unutqanlıq
-şiddətli stress
Alfa normal olduqda:
-dincəlmə vəziyyəti
4)Beta dalğaları (13-21 Hz) – tam diqqətli olarkən, oyaqkən, maşın sürərkən normal fokuslanmanıza kömək edir. Sol beta sağ betadan böyük olmalıdır. Əgər olmazsa, qarışıq depressiya, təşviş həyəcan narahatlıqlar var.
Düşük beta – (12-15 Hz)
Orta beta- (15-18 Hz)
Yüksək beta- (18+ Hz)
Beta yuxarı olanda: Anxiety(təşviş), stress
Beta aşağı olanda: Depressiv əhval
1)Beta dalğası çox olduqda:
-adrenalin
-istirab
-həyəcanlanma
-dincəlməmə
-stress
2)Beta dalğası az olduqda:
-diqqət əksikliyi
-hiperaktivlik
-təsir altında olma
-tanıma(idrak) problemləri
3)Beta dalğası normal olduqda
-şüurlu diqqətli olmaq
-yaddaş
-problemlərin həlli
5)Qamma dalğaları (25-100 Hz)- ən yüksək tezlik və ən aşağı amplituda sahib olub, beyin dalğaları növüdür. Onlar uyanıq vəziyyətində görünürlər və varlığının şüurun görünüşü ilə əlaqəli olduğuna inanılır, diqqət mərkəzinin genişlənməsi və yaddaşın idarə olunması ilə əlaqədardır.