Gametofobi (evlilik qorxusu), insanın evlənməkdən, evli olmaqdan qorxma vəziyyəti olaraq qeyd olunur. Evlənmə qorxusu tez-tez rastlanan fobiyalar arasında yer alır. Evlilik qorxusu insanın keçmişdə yaşadığı travmalar, ətrafında olan uğursuz ailə tablosu, valideynlərinin davamlı olaraq münaqişə etməsi nəticəsində yaranan bağlanma qorxusudur. Bir çox gənclər xoşbəxt ailə haqqında düşünsə də, müəyyən qismi ailənin məsuliyyətindən və qarşı cinsin təsir altına düşməsindən qorxurlar. Belə insanlar uzun müddətli münasibət qura bilmir və tək yaşamağa üsrünlük verirlər. Münasibət qurduqları insanın hər xırda hərəkətinə fikir verir və qüsurlar axtarmağa çalışırlar. Bu problemi yaşayan insanlar özləri qərar verməyə çətinlik çəkirlər. Mütləq şəkildə kiminsə tərəfindən dəstək almağa üstünlük verirlər. Yaxşı olardı ki, bu dəstəyi mütəxəssislərdən alsınlar.
Psixologiya Elmi-Tədqiqat İnstitutunun mütəxəssisi, psixoloq Xəyalə Zalıyeva