Oruc tutmaq uşağa psixoloji olaraq nə qazandırır?!
- Home
- Xəbərlər
- Oruc tutmaq uşağa psixoloji olaraq nə qazandırır?!
Oruc uşağa psixoloji olaraq nə qazandırır?
İbadət qismini kənara qoysaq,Ramazan ayının rituallarının uşağa qazandıra biləcək dəyərləri hədsizdi.Orucun uşaqlara öyrətdiyi ən önəmli dəyərlərdən biri həzzin ertələnməsidir.Valideynlər davamlı şikayət edirlər ki,”oyuncaq mağazasına gedirik,nə görür istəyir,almsyanda ağlayır,dediyimi yerinə yetirmir” və s.Uşaqların ən zəif xüsusiyyəti həzlərini ertələyə bilməməsi,istədiklərini həmin an əldə etməyə çalışmalarıdır.Ramazan ayı isə ana-ata üçün bir fürsətdir,uşağın həzlərin ertələyə bilməsi üçün bir praktik yoldur.Bu o demək deyil ki,uşağı uzun saatlarla oruc tutmsğa məcbur etməliyik.Xeyr,belə olduqda uşaq gizli -gizli yeməyə çalışacaq və qazandırmaq istədiklərimizdən çox zərər verəcəyik.Çalışmaq lazımdır ki,günortadan sonra iftara qədər 2saat da olsa,4saat olsa uşaq oruc tutsun.Dediyim kimi bu zaman uşaq etmək istədiyini ertələməyi öyrənəcək və sonrakı aylarda həyatının digər sahələrində də tətbiq edəcək.Bundan başqa,oruc tutan uşaq zamanı dəyərləndirməyi öyrənəcək.Çünki uşaqlar zaman anlayışını çox vaxt bilməzlər.Valideyn parka gedərik deyəndə,-“indi gedək” deyirlər.-“Oğlum,indi yox birazdan çıxarıq “ deyəndə 5dəqiqə sonra uşaq yenə gəlib –“gəl,indi çıxaq.”deyir.Yəni zaman anlayışı uşaq üçün elə tez keçər ki,nə edəcəyimizi deyəndə “indi edək “deyirlər.Oruc tutan uşaq isə iftar süfrəsində oturarkən görür ki,iftara 5dəqiqə qalıb,susuzluqdan hamının boğazı quruyub,amma hamı gözləyir.Nəyi gözləyir?
iftarı.4dəqiqə,3dəqiqə,2dəqiqə,1dəqiqə və azan oxundu.Və hamı orucunu açdı.Yəni uşaq zamanın qiymətini,nəyisə gözləməyi öyrənir.Bundan başqa,uşaq ailəliklə olmağın,bir birlik olmağın şüurunu anlayır.Empatiya hissini öyrənir.Ac olduqca ac olan insanları da anlayır.Fəqirləri anlaya bilir,Afrikadakı ac uşaqları anlaya bilir…və onlara veriləcək sədəqənin əslində nə qədər işə yarayacağını,nə qədər önəmli olduğunu da anlayır.