23-24 aprel 2022-ci il tarixlərində Psixologiya Elmi-Tədqiqat İnstitutu və Müasir Azərbaycan Psixoloqları İctimai Birliyinin birgə təşkilatçılığı ilə, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Respublikasının Təhsil İnstitutu, “Məktəblinin Dostu” və “Sağlam Təhsil Sağlam Millət” layihələri ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində “Təhsildə Sosial Psixoloji Xidmətdə problemlər, perspektivlər” mövzusunda Məktəb Psixoloqlarının II Ümumrespublika Konfransı keçirilmişdir.
İki günlük konfransda mütəxəssislər tərəfindən 7 məruzə, 4 workshop təqdim olunmuşdur.
Konfransın keçirilməsində əsas məqsəd məktəb psixoloqlarının peşəkar inkişafına dəstək olmaq, məktəb psixoloqlarının həm nəzəri, həm də praktik biliklərini artırmaq, onları psixologiyada müasir yanaşmalar haqqında məlumatlandırılmaqdan ibarətdir.
Konfransın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, təkliflər dinlənilib, ətraflı fikir mübadiləsi aparılmışdır.
Tədbirin bağlanış mərasimində məruzəçilər təşəkkürnamələr ilə təltif olunmuş, iştirakçılara sertifikatlar təqdim edilmişdir.
Qeyd edək ki, Məktəb Psixoloqlarının I Ümumrespublika Konfransı 25 Yanvar 2019 -cu ildə keçirilimişdir.