Beynin fizioloji inkişafı
Beyin düşüncə,məntiq kimi zehni əməliyyatları idarə edən sirlərlə dolu qarmaşıq sistemdir. Bəs yaxsi bu sistem nece yarandı?
Bu suala cavab vermək üçün bir xeyli keçmişə gedəcəyik. Yerinizdə əyləşin, kəmərlərinizi bağlayin yolculuğumuz 3 həftəlik dölə’dir.
Bu dövrdə hüceyrələr sürətlə çoxalır və dəyişikliyə məruz qalir. Elə bu dövrdə də onurğa özünü göstərməyə başlayır. 4-üncü həftədə ən çox inkişaf edən sinir hüceyrələridir, yəni neyronlar. Hər dəqiqə 500.000 neyron yaranır. 4-üncü həftənin sonunda neyronlar onurğanı tərk etməyə başlayırlar. İşin sirlərlə dolu olan hissəsi bundan ibarətdir ki, neyronlar gedəcəyi yerə tam zamanında çatırlar. Bu gedişatda xəta payı 0% di. Neyronlarin bu cür hərəkətini təmin edən, digər beyin hüceyrəsi olan qlial və ya peyk hüceyrələridir. Peyk hüceyrələri dayaq, müdafiə və qidalandırıcı funksiyaları var. Peyk hüceyrələri sürüşkən liflər əmələ gətirir. Neyronlar onlara kodlaşdırılmış informasiyadan istifadə edib, liflər üzərində hərəkət edir, gedəcəyi yerə tam vaxtinda çatır. Onurğa xaricinə çıxan neyronlar qatlar əmələ gətirək beyini formalaşdırır.
6 ayliq döldə əl, burun, ürək, ağciyər və beyin formalaşması sona çatır. Bu zaman kəsiyində beyin çox inkişaf edir,neyronlarin sayı 100.000.0000 onlar arasındakı bağlantı triliyonu keçir. Bu bağlantıların sayı ömür boyu artmağa davam edir. Neyronlar arasında yaranan elektirik impulusları beyinlə digər orqanları əlaqələndirir. Və sonunda bütün orqanları formalaşan bu döl gözlərini dünyaya açmağa hazırdı.
Yeni dünyaya göz açmış uşaqda ilkin olaraq qoxu duyğusu yaranır və bu yolla anasını tanıyır. İnkişafında sonuncu yaranan duyğu görmə duyğusudu. İrələyən zamanda neyronlar daha çox informasiya toplayıb, istifadə edilən bağlantıların sayını artırır, lazımsız bağlantılar isə yox olur.
Zaman keçdikcə təcrübələrimiz beynimizi, beynimiz bizi formalaşdırır. Xatırladım ki, həyatımıza daxil etdiyimiz hər bir insan və onun gəlişi ilə başımıza gələn hər bir hadisə bizim şəxsi təcrübəmizdir.
Təcrübələrə açıq olma dileyi ilə.