Hər bir insan həyatında yalnızlıq hissi keçirmişdir. Bəziləri üçün bu gəlib keçici olsada,bəziləri üçün ağır depresiya və digər xəstəlik halları müşahidə edilir.Əslində insanı xəstə edən yalnızlıq deyil, yalnızlıq hissidir. Öncəliklə bu 2 məvhumu fərqləndirmək lazimdi.
İsveçrəli psixoloq Carl Gustav Jung deyir ki “Yalnızlıq çevrəndə insanın olmaması deyil,mənimsədiyin fikirləri insanlarla paylaşamamaq ya da mənimsədiyin fikirləri toplum tərəfindən əhəmiyyətsiz qəbul etməsidir”. Yalnızlığın 3 növü vardir
1.Adi yalnızlıq- Bu kataqoriyaya daxil olan insanların yalnız olma səbəbi ya ətrafındaki insanlarin pis əməllərini (iki üzlülük, yalan və s.) görmüş və uzaq olmaq istər ya da sevdiyi insanlar yaninda deyillər(ölmüş və ya tərk edilmişdir)
2. Sosial yalnızlıq- Bu kataqoriyadaki insanlar sosial şəbəkələr də aktiv olub, yüzlərlə bəyəni alsalar belə kafeyə,filmə və s, yerlərə bərabər gedə biləcək bir dost tapmazlar.
3.Kütlə içərisində yalnızlıq-Ən təhlükəli yalnızlıq növüdür. Buraya daxil olan insanlar ya bir gün tamamilə yalnız qalaram qorxusu ilə özlərinə ziyan verəcək insanları həyatlarına daxil edərlər.
Sizlərində bildiyi kimi,yanlızlıqdan qurtulmanın tək yolu sosiallaşmaqdı. Getmədiyiniz bir kafeye getmək,öz şəhərinizi turist kimi gəzmək, könüllü cəmiyyətlərə üzv olmaq (leykemiya və s.) ve ya basqa sosial aktivitəyə qatılmaq sizə bu problemdən qurtulmağa kömək edə bilər. Yəni evdən çölə çixmaq lazım. Kimse qapınızı döyüb,”Hey,bəklə bu tənhaliğa son verək” deməz.
Bir müddət yalnız qaldıqdan sonra insan beyinində “yalnızamsa problemliyəm,həmişə yalnız qalacam,yalnızlar xoşbəxt olmur” kimi düşüncələr formalaşır. Bu düşüncələr avtomatik düşüncələr adlanır,yəni saniyələr içində beyində fırlanır və beyin bu düşüncələri analiz etmir. Bundan sonra yalnızlıq hissi yaranır. Bu kimi hallarda insan özünü dəyərsiz,lazımsız görür,özgüvən və özünüqiymətləndirməsi aşağı düşür.Nəticədə evdə çölə çixmamaq hissi yaranır,gərginlik və stress artır.