Dependent şəxsiyyət pozuntusu olan şəxslər asılı, itaətkar və boyun əyən tiplərdir.
Öz ehtiyaclarını ikinci plana atır, başqalarının ehtiyaclarını ön planda tuturlar.
Özgüvənsiz və özlərinə inamı aşağı olur, özləriylə bağlı qərarları başqalarının verməsini istəyir, başqalarının məsləhətlərinə ehtiyac duyurlar.
İstismar olunduqları münasibətə qatlana bilirlər.
Özlərini başqalarından aşağı görür, bacarıqlarının olmadığını düşünür, uğursuz tərəflərini qabartmağa meyilli olurlar.
Dependent şəxsiyyət pozuntusunun düşüncələri:
• Mən zəif və başqalarına möhtac biriyəm.
• Nə etməli olduğumu deyəcək və çətin vəziyyətdə mənə kömək edəcək biri həmişə yanımda olmalıdır.
• Tək qaldığımda özümü çarəsiz hiss edirəm.
• Daha güclü birinə bağlanmadıqda özümü gücsüz hiss edirəm.
• Başıma gələ biləcək ən pis şey tərk edilməkdir.
• Sevilməsəm, özümü bədbəxt hiss edərəm.
• Mənə yardım edən, yanımda olan insanı incidəcək, əsəbləşdirəcək heç nə etməməliyəm.
• Onun həmişə mənim yanımda olması üçün ona boyun əyməliyəm, sözündən çıxmamalıyam.
• Tək başına qərar verə bilmərəm, nə etməli olduğumu söyləyən birinə ehtiyac duyuram.
Qadınlarda daha çox rastlanılmaqla toplumun 2%-ni təşkil edir.
Xroniki fiziki xəstəlik, ayrılıq narahatlığı və ya valideynlərin erkən yaşda itirilməsi dependent şəxsiyyət pozuntusunun yaranma səbəbləri olaraq qeyd edilir .