Cəmiyyət və tənhalıq

Açar sözlər: tənhalıq, cəmiyyətin tipləri, fərdiləşmə, sosial nəzəriyyə.

Müasir dövrdə,cəmiyyəti izah etmək üçün edilən hər bir cəhd ya mövcud bir sıra yeni nəzəriyyələrin yaranmasına səbəb olmuşdur. Klassik nəzəriyyəçilər, Qərb kartezyanizminin təsiri ilə cəmiyyəti, ikili konseptlərlə izah etməyə və başa düşməyə çalışmışlar. Ənənəvi və müasir dünya arasındakı fərqlərdə diqqəti cəlb edən əsas məqam, bu fərqliliyin gündəlik həyat təcrübəsini əsas tutaraq formalaşmasıdır. Ənənəvi və modern olanın nə olduğuna dair ortaya çıxan suallara verilən cavablar, adətən gündəlik həyatdakı münasibətlərin hansı formada təzahür etdiyini də bir növ açıqlayır. Ənənəvi dünyaya qarşı olan baxışlarda, münasibətlərin üz-üzə, yaxın və emosional olduğu nəzərə çarpdığı halda, müasir dövrdə, ikincili və ya rəsmi münasibətlərə istinad edildiyi məlumdur. Sosiologiya tarixinin klassikləri olan Emile Durkheim, Karl Marx, Maks Weber, Ferdinand Tönnyies, Georg Simmel, David Riesman kimi mütəfəkkirlər, dövrün makro açıqlamaları çərçivəsində cəmiyyəti başa düşməyə və onu izah etməyə çalışmışlar.
Kainatı izah etməyə yönəlmiş elmlərdən geri qalmamaq üçün sosiologiyanın makro nəzəriyyələrə istinad etməli olduğu fikri, xüsusən bir elm olaraq ortaya çıxdığı dövrlərdə üstünük təşkil etmişdir. Pozitivist paradiqma ilə qarışıq bir cəmiyyətin formalaşmasında, fərdin kim olduğu məsələsi ikinci dərəcəli sual olaraq qalmışdır. Simmeldən başqa heç bir tədqiqatçı tərəfindən cəmiyyətdəki fərd anlayışına xüsusi diqqət yetirilməmiş və araşdırılmamışdır. Adı hallanan klassiklərin əhəmiyyətli bir hissəsi cəmiyyəti dərk etmək əvəzinə, onu ümumi bir izah obyekti olaraq ələ almışlar..

Davamı Psixologiya Elmi-Tədqiqat İnstitutu Facebook səhifəmizdə..WhatsApp Image 2022-03-13 at 14.24.02

Share to Odnoklassniki