Martın 3-də Milli Məclisdə parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkilatçılığı ilə “Ailə qanunvericiliyi: ənənəvilik və müasirlik” mövzusunda dinləmə keçirilib.
Tədbiri açan Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova müasir Azərbaycan dövlətçiliyinin banisi Ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ailə dəyərlərinə, milli-mənəvi dəyərlərə böyük önəm verdiklərini qeyd edib, bu gün dövlətin güclü dəstəyi sayəsində ailələrimizin inkişafı üçün real imkanların yaradıldığını vurğulayıb.
Ailənin möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində Azərbaycanda yaradılan qanunvericilik bazasından danışan komitə sədri zamanın tələbləri və çağırışları fonunda bu sahədə qanunvericiliyin nəzərdən keçirilməsi ehtiyacının yaranmasından bəhs edib. Cəmiyyətdə artan boşanma, ailədaxili zorakılıq hallarının statistik təhlilini aparan komitə sədri ailə üzvləri arasında ünsiyyət çətinliyinin, sosial-psixoloji gərginliyin, müasir amillərin mənfi təsirinin ailənin təməlini zəiflətməsinə diqqət çəkib.
Milli-mənəvi dəyərlərin təbliğinin və bu sahədə maarifləndirmə işlərinin artırılmasının önəmini vurğulayan Hicran Hüseynova bildirib ki, bu dəyərləri qoruyub saxlamaq çox vacibdir.
Sonra tədbirdə Ailə, qadın və uşaq məsələləri komitəsi sədrinin müavini Jalə Əliyeva çıxış edib. Jalə Əliyeva ailə institutunun təməllərinə zərbə vuran faktorlara diqqəti cəlb edir, onların qarşısının alınması yolları ilə bağlı fikirlərini açıqlayıb. O, evlənmə yaşında olan gənclər üçün xüsusi kursların təşkilini məqsədəuyğun hesab etdiyini deyib, həmçinin məişət zorakılığı cinayətləri ilə bağlı fikirlərini bölüşüb. Komitə sədrinin müavini sadəcə hüquq-mühafizə orqanlarının deyil, bütün cəmiyyətin bu amillərlə birgə mübarizə aparmasının önəmini vurğulayıb.
https://meclis.gov.az/news.php?id=3945&lang=az
Davamı Psixologiya Elmi-Tədqiqat İnstitutu Facebook səhifəmizdə..