Müasir cəmiyyətdə virtual düşüncənin ailənin sosial-psixoloji mühitinə təsiri

  • Home
  • Xəbərlər
  • Müasir cəmiyyətdə virtual düşüncənin ailənin sosial-psixoloji mühitinə təsiri

Açar sözlər: həkim, peşə fəaliyyəti, stres

Həkim peşəsi ən ali, önəmli, məsuliyyətli və xeyirli peşə sahəsidir, belə ki həkimin cüzi bir səhvi ilə insan həyatını tamamilə itirə bilər. Başqa peşə sahələrində xəstə özü də məsuliyyət daşımasına baxmayaraq, bu sahədə məsuliyyəti daha çox həkim daşıyır. Bütün bunlarla bərabər həkim fəaliyyətinin sosial-psixoloji cəhətləri yerli və xarici elmi ədəbiyyatda kifayət qədər araşdırıl- mamış və gərəkli diqqət yetirilməmişdir. Həkimin peşə fəaliyyətinin psixoloji cəhətlərinə müsbət təsir göstərilməsi həm tibb işçisinin, həm də xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək edəcəkdir.
Əhalinin sağlamlığı ölkənin ən dəyərli resurslarındandır və ölkənin çiçəklənməsinin, xalqın rifahının göstəricilərindəndir. Müasir dövrdə əhalinin sağlamlığının yaxşılaşdırılması üçün xəstə yönümlü yanaşmaya üstünlük verilsə də, tibb işçilərinin psixoloji və sosial durumuna az diqqət yetirilir. Həkimin psixoloji vəziyyətinin yaxşılaşdırılması xəstəyə, eləcə də əhaliyə xidmətini də yüksəldə bilər. Məhz bu səbəbdən həkimin peşə fəaliyyətinin sosial-psixoloji cəhətlərinin araşdırılması aktual və önəmli məsələlərdəndir və lazımi qədər araşdırılmamışdır.
Psixologiyada fəaliyyət ayrıca bir kateqoriya kimi araşdırılır. Fəaliyyət insanın dərk olunmuş məqsədləri ilə tənzim olunan daxili və xarici fəallığıdır [3, s.16]. Həkimin peşə fəaliyyətinin psixoloji kateqoriya olaraq ayrıca araşdırılması və öyrənilməsi məqsədəmüvafiqdir. Peşə fəaliyyətinin sosial-psixoloji aspektlərində isə həkim peşəsinin həm sosial, həm də psixoloji cəhətdən şərtlənməsi dayanır. Psixoloji ədəbiyyatda fəaliyyətin quruluşuna aşağıdakı elementlər daxil edilmişdir: məqsəd, motiv və vasitə [5, s.80]. Be- ləliklə, həkimin peşə fəaliyyətinin strukturunda onun motivləri, məqsəd və vasitələri durur.

Davamı Psixologiya Elmi-Tədqiqat İnstitutu Facebook səhifəmizdə…WhatsApp Image 2022-03-13 at 14.22.59

Share to Odnoklassniki