“Söz xəzinəsi” Nizami Gəncəvi yaradıcılığındakı sözə verilən dəyərin psixoloji təhlili .
- Home
- Xəbərlər
- “Söz xəzinəsi” Nizami Gəncəvi yaradıcılığındakı sözə verilən dəyərin psixoloji təhlili .
“Hər ümidsiz işdə bir çox ümid var.
Qaranlıq gecədən ağ səhər doğar”.
Nizami Gəncəvi fəlsəfi,psixoloji,islami bir dəryadır. Ona boşuna dahi Nizami demirdilər. Onun qəzəllərini araşdırdıqca insanda gözəl və pozitiv hisslər baş qaldırır. Qəzəllər insanı xeyir əməllərə səsləyir.
Nizami hər ümidsizliyin arxasında böyük bir ümidin olduğunu,səbrli olmağı bizə tövsiyyə edirdi.
Fəlsəfə,islam və psixologiyanın vəhtədini təşkil edir onun qəzəlləri;
“İncitək sözlər seç,az danış,az din
Qoy az sözlərinlə dünya bəzənsin”
İslam bizə sözün hədsiz dəyərə sahib olduğunu xeyirli və faydalı sözlərdən istifadə etməyi tövsiyyə etmirdimi?
Nizami isə sözlə dünyanın bəzəndiyini sözün inci dəyərini bizə.
“İnci tək söz seç,az danış,az din
Qoy az sözlərinlə dünya bəzənsin”
Çünki ağız xəzinə,söz isə onun sirridir.
Sözün qüdrətini bundan gözəl necə izah etmək olardı?
Quranda isə belə bir ayə var:
Yaxşı əməl sahibləri,sözlərində,əməllərində sadiq olanlardır.
Nizami isə deyirdi:
“Quyuya salsanda,yaxşılığı bil
Yenə qayıdacaq,o itən deyil”
Yaxşılıq,xeyirxah əməllər,insanlara kömək olmaq,onları xeyir əməllərə səsləmək onu qəzəllərini əsas subyekt xəttini təşkil edirdi.
Yenə uğurlu insanların həyatda incildildiyinə aid dəyərli bir fikir
“Əzəldən dünyanın bir qaydası var
Bal tutan barmağı arılar sancar”
Bəzən uğurlu insanlar həyatda çox çətinliklərdən çox sınaqlardan keçirlər və onlara mane olan insanlarında sayı az olmur. Ancaq ağıllı insan yenə bu çətinliklərdən ağılı və kamalı ilə üstün gələnlərdir.
“İnsana arxadır onun kamalı
Ağıldır hər kəsin dövləti malı”
İnsan ağlının yenə nəyə qadir olduğunun ən böyük dövlətin ağıl olduğunu bizə sübut edirdi.
“Qurani Kərimdə”Ələq surəsində
“Oxu yaradan Rəbbini”adı ilə Oxu bizə deyilirdi.
Nizami isə;
“Qüdrət elmdədir başqa cür heç kəs
Heç kəsə üstünlük eləyə bilməz”
Biz yalnız elmlə,bir yerlərə gəlib çıxa bilərik,deyirdi Nizami.
İnsanı,ümidə,gələcəyə və inama səsləyirdi.
“Səadət qapını açmasa bir gün”