Tam fəaliyyət göstərən insan .
Carl Rogers ilk dəfə tam fəaliyyət göstərən insan ( The Fully-Functioning Person) konsepsiyasını elmi ədəbiyyatlara daxil etmişdir. Carl Rogersə görə ,ən dərin hissləri və istəkləri ilə təmasda olan insandır. Şərtsiz müsbət münasibət tam fəaliyyət göstərən insan olmaqda mühüm rol oynayır. Rogers tam fəaliyyət göstərən insanın aktuallaşma meylinə və ya tam potensialına çatmaq ehtiyacına sahib olduğunu demişdir.
Rogers hesab edirdi ki, tam fəaliyyət göstərən insan davamlı olaraq özünü reallaşdırmağa çalışan fərddir. Bu fərd başqalarına şərtsiz müsbət münasibət bəsləyir bununla da digərlərinin rəğbətini qazanır, eyni zamanda özünü dəyərli hiss edir və özünü sevmək üçün özünə şərt və məqsəd qoymur, özünü qeyri-şərtsiz sevir, hisslərini ifadə edə bilir və həyatın bir çox təcrübəsinə tam açıqdır.
Rogersin fikrincə, tam fəaliyyət göstərən insan “ekzistensial həyatı” qəbul etmiş şəxsdir. Başqa sözlə, onlar anı tam yaşaya bilirlər. Onlar daxili azadlıq hissi yaşayır və yaradıcılığı, həyəcanı və çətinlikləri və problemləri həyatın bir hissəsi kimi görür və qəbul edirlər. Keçmişin əsiri olmurlar, gələcəyə görə qayğılanmırlar. Yalnız olduğu anı dəyişdirə biləciyini dərk edir və keçmişdə yaşadıqlarına və gələcəkdə yaşamaqdan qorxduqları hadisələrə görə gileylənmir, əksinə məsuliyyəti götürərək, dəyişdirə biləcəklərinə fokuslanır. Tam fəaliyyət göstərən insanlar çevik və daim inkişafda olurlar. Onlar sabit mənlik anlayışına sahib deyillər, aldıqları yeni məlumat və təcrübələr nəticəsində dəyişə və inkişaf edə bilirlər.
Tam fəaliyyət göstərən şəxs təkcə yeni təcrübələrə açıq deyil, həm də bu təcrübələrdən öyrəndiklərini həyat fəaliyyətinə intiqrasiya edir. Bu şəxslər həm də duyğuları ilə təmasda olurlar və bir şəxsiyyət kimi böyümək və tam potensiallarına çatmaq üçün şüurlu səy göstərirlər.
Tam fəaliyyət göstərən insanlar, öz emosiyaları ilə uyğunlaşmağa və fərdi olaraq böyümək ehtiyaclarını qəbul etməyə kömək edən müəyyən xüsusiyyətlərə sahib olurlar.
Davamı Psixoloji Xidmət və Reabilitasiya Mərkəzi Facebook səhifəmizdə…