Sakit uşaqlar ağıllıdır , yoxsa depressiyadadır ?
- Home
- Xəbərlər
- Sakit uşaqlar ağıllıdır , yoxsa depressiyadadır ?
Uşaqlar “nadinclik” etdikdə valideynlər mütəxəssisə müraciet edirlər, lakin, özünə qapanıq, səssiz olduqda isə “uşağım ağıllıdır” deyərək vəziyyətə müdaxilə etmirlər. Uşaqlarda depressiya özünü uşaqların davranışlarında büruzə verir. Uşaqlar özünə qapanıqdırsa, onlarda enerji əskikliyi müşahidə olunursa bu zaman uşaq depressiyada ola bilər. Uşaqlıq depressiyasını 4 ferqli dövrdə nəzərdən keçirmək lazımdır;
0-2 yaş. Bu dövrdə körpələr maddi və mənəvi anaya möhtac olurlar. Bu yaşdakı uşaqlar vaxtının daha çoxunu ana ilə keçirirlər. Bu dövrdəki uşağın maddi və mənəvi ehtiyacları ana tərəfindən qarşılandığı üçün ana ilə olan münasibəti uşağın inkişafında mühüm rol oynayır və bu zaman da ana əgər depressiyadadırsa uşaq da bu haldan təsirlənir.
2-4 yaş. Depressiya uşağın inkişafını ləngidir. Nitqdə ləngimə və ya kəkələmə ola bilər. Hansı ki bu dövr ( 2,5-3 yaş ) nitqin sürətlənməsi dövrüdür. Nitqdə yaranan problem kimi uşağın tualet vərdişlərində də ləngimə yarana bilər. Bu dövrdə uşağın bacı və ya qardaşının dünyaya gəlməsi, ailədən kiminsə ayrılması və ya ailəyə yeni bir fərdin daxil olması, ailə daxilində yaranan münaqişə və gərginlik, ailədəki əsaslı dəyişikliklər uşaqda depressiyaya səbəb olur. Depressiya davranış pozuntusu olaraq ortaya çıxır, dırnaq yemə, barmaq əmmə və ya gərginlik olaraq özünü büruzə verir.
4-6 yaş. Bu yaş dövrü uşağın sosiallaşma dövrüdür. Depressiyada olan uşaq digər uşaqlarla oynamaq istəmir, tənbəl olur, məktəbə və ya bağçaya getmək, ailədən ayrılmaq istəmir. Əslində bu halda ailə də bəzən uşağa bağlanmış olur. Uşağın məktəbə adaptasiyası çətinləşir. Valideynlər uşaqdakı depressiyanı görmür, bunun uşağın xarakteri olduğunu düşünür. Depressiv uşaq “tənbəl” olur və belə bir halda məktəbdə uğur qazana bilmir.
6-11 yaş. Bu dövrə qədər problemlər öz həllini tapmayıbsa artaraq başqa problemlərə də yol açacaqdır. Uşaqlıq dövründə yaranan problemlər yeniyetməlik dövründə ciddi şəkildə ortaya çıxır.