Şərtsiz müsbət münasibət
Şərtsiz müsbət münasibət humanist psixoloq Carl Rogersin qeyri-direktiv, şəxs mərkəzli terapiyasında istifadə olunan texnikanı təsvir etmək üçün istifadə etdiyi termindir.
Rogersə görə, şərtsiz münasibət insanın nə deməsindən və nə etməsindən asılı olmayaraq, tam dəstək verməyi və onu qəbul etməyi ehtiva edir. Psixoterapevt də müraciət edən şəxsə bu cür yanaşmalıdı. Müraciət edən şəxsin nə deməsindən və nə etməsindən asılı olmayaraq qəbul etməli və dəstəkləməli, bu qəbula heç bir şərt qoymamalıdı. Bu o deməkdir ki, psixoterapevt müraciət edən şəxsin “yaxşı” və ya “pis” davranış və emosiyaları ifadə etməsindən şərait yaratmalı və dəstəkləməlidir.
Rogers terapevtlərin müraciət edən şəxsə şərtsiz müsbət münasibət göstərmələrinin vacib olduğuna inanırdı. O, həmçinin deyirdi ki, həyatlarında insanlar tərəfindən bu cür qəbul olunmayan fərdlər sonda özləri haqqında mənfi inanclara sahib ola bilərlər.Rogers hesab edirdi ki, insanların həm özünə dəyər verməsi, həm də digər insanlara müsbət baxmasına ehtiyacı var.
İnsanların özləri haqqında necə düşünmələri və özlərini necə dəyərləndirmələri onların həyat məmnuniyyətinə böyük təsir edir.Özünə dəyər hissi daha güclü olan insanlar öz məqsədlərinə çatmaq üçün daha inamlı və motivasiyalıdırlar və məqsədlərinə çatmağa qadir olduqlarına inanırlar.
Şərtsiz Müsbət Hörmət və Özünə Dəyər
İlk illərdə uşaqlar valideynləri və digər ailə üzvləri tərəfindən sevildiklərini və qəbul olunduqlarını düşünsə , özünə inam və özünə dəyər hissləri formalaşacaq. Həyatın ilk illərində qayğı görənlər, şərtsiz müsbət münasibətlə tanış olan insanlar böyüdükcə özlərinə sevgi və hörmətlə yanaşırlar. Əksinə valideynlər uşaqlarına şərtli münasibət bəsləsələr (Məsələn, dərslərində yaxşı olduqları zaman tərifləyir, pis olanda günahlandırır), həmin uşaqlar böyüdükləri zaman öz sevgi və öz dəyər problemləri ilə üzləşə bilərlər.