İmtahanqabağı stress və mübarizə üsulları

Sınav-Kaygısı

Yaxınlaşan imtahan bəzi abituriyentlərdə stresssin yaranmasına gətirib çıxarır. Yaranmış stresss vəziyyəti abituriyyentlərin müvəffəqiyyət göstəricisini aşağı salır. Əslində qayğının müəyyən səviyyədə olması təbii haldır, hətta imtahanın uğurlu olmasına belə kömək edir. Belə ki, bu orta səviyyədə olan qayğı şagirdləri motivə edir. Lakin həddindən artıq olan narahatlıq abituriyentlərin imtahanda aşağı nəticə göstərməsinə səbəb olur.

İmtahan öncəsi yaranmış stressin öhdəsindən necə gəlməli?

Stressslə mübarizənin çətinliyi onun hər insanda özünü fərqli cür büruzə verməsi səbəbindən yaranır, buna görə də hər insan onun öhdəsindən özünə uyğun şəkildə gələ bilir. İmtahan öncəsi stresssə qarşı sehrli bir dərman yoxdur, lakin onu daha asan yaşamaq üçün bir neçə üsul mövcuddur.

1. Ən yaxşısına ümid et və ən yaxşısına hazırlaş. “İmtahanı verməsəm dəhşət olacaq”, “valideynlərim çox məyus olacaq”, “elə pis hazırlaşmışam ki, məndə dəqiq heç nə alınmayacaq” kimi fikirlərə köklənmə.  Və daha pozitiv düşünməyə başla, çünki hər şey daxili köklənməndən başlayır. Hər şeyin öhdəsindən gələcəyini düşünürsənsə, elə də olacaq. Özünə tez-tez “nəticəyə nail olmaq üçün maksimum səy göstərirəm, hər şey mütləq alınacaq” sözlərini de.

2. İmtahan obrazı yarat.  Fikrində  imtahan gününü addım-addım yaşa: kabinetə daxil olursan, parta arxasına əyləşirsən, içində materiallar olan qovluğu açırsan və sair. İmtahan haqqında təsəvvürlərin nə qədər dəqiq olarsa, həmin məsuliyyət dolu gündə də daha az panika yaranar.

3. Sınaq imtahanlarını yaz. Bu, mükəmməl məşqdir.  Təsəvvür et ki, imtahan özünəməxsus bir olimpiadadır, sınaq imtahanları isə daha asan yarışda iştirak edib lazımi təcrübə qazanmaq üçün bir fürsətdir.

4. Dincəl. Bir neçə aydır ki, dostlarınla görüşmürsən? Günün 24 saatı əzbərləyirsən? “Məktəbə-məktəbdən” marşrutundan başqa küçəyə çıxmırsan? Bizim sinir sistemimiz daimi mühərrik deyil və orqanizmimiz sadəcə olaraq istirahət tələb edir. Yeri gəlmişkən, xatırlayırsınızsa, istirahət fəaliyyətin dəyişdirilməsidir. Daha aktiv bir fəaliyyətə keç- rəqs, idman et. Bu, sənə enerji toplamağa kömək edəcək. Dörd divar arasında kompüter arxasında oynamaq elə də yaxşı ideya deyil, beyinə oksigen, bədənə isə fiziki aktivlik lazımdır.

5. Yaradıcılıqla məşğul ol. Bəli, məhz yaradıcılıq stresslə mübarizənin ən effektiv üsullarından biridir. Rəsm çək, şeir yaz, mahnı ifa et, və ya rəqs et. Həftədə bir neçə saatını bu cür fəaliyyətə sərf etməkdən çəkinmə, bu sənin üçün yalnız faydalı olacaq.

6. Sağlam qida və tam yuxu. Həyatının stressli anlarında tərkibində kofein olan içkilərdən istifadə etməməyə çalış, sürətli karbohidratlardan imtina et .Qidada daha çox zülallardan istifadə et, ziyanlı şirniyyatları isə bal və çərəzlərlə əvəz et. Hafizə və diqqət sənə minnətdar olacaqlar! Yeri gəlmişkən, hafizə üçün çərəzlər, avokado, balıq, qarağat və darçın çox faydalıdır.

İmtahanqabağı qorxunu aradan götürməkdə sizə bəzi psixoloji fəndlər kömək edə bilər. İmtahan günündən bir gün öncə bütün dərslikləri kənara qoyun, istirahət edin. Hətta öyrənilməmiş material qalıbsa, onu oxumaq məsləhət deyil, çünki imtahana yuxulu getməkdənsə yatmaq zəruridir.Yuxusuzluq yaddaşı zəiflədir! İmkan varsa, limon suyu, bal və qoz qarışığından hazırlanmış şərbət için. Yaxşı olar ki, imtahana yariac gedəsiniz. Doyumlu səhər yeməyi yuxu gətirir. Çalışın imtahana qədər özünüz üçün hər mövzu üzrə lakonik plan tərtib edəsiniz. Bu, sizə riyazi və kimya düsturlarını, eləcə də mühüm tarixi hadisələrin nə vaxt olduğunu yadda saxlamağa kömək edəcək. Planı tərtib edin, lakin qəti sürətdə imtahana aparmayın.

İmtahana heç bir aidiyyatı olmayan xoş, sakitləşdirici bir hadisəni yadınıza salıb xəyalınızda canlandırın. Demək olar ki, imtahandan əvvəl hər bir insan həyəcan keçirir – kimi çox, kimi nisbətən az.Əgər həyəcan normal həddi aşmırsa, bu sevindirici haldır – deməli orqanizm özünü “tam səfərbər” edib və “sınağa hazırdır”. Lakin bəzən həyəcan normal həddi aşaraq stresss dərəcəsinə çatır – bu neqativ haldır. Stresss zamanı ilk yardım:- dərindən nəfəs alıb, nəfəsinizi saxlayın! Sonra “ha” deyib, nəfəsinizi buraxın!

İmtahanın gedişatını bütünlüklə göz önünə alın. Baxın – siz artıq sakitləşmisiniz, auditoriyaya daxil olursunuz və orada inamla bütün suallara cavab verirsiniz.

Hadisələrin məhz belə gedişatını xəyalınızda “yaşasanız”, gerçək imtahan vaxtı biliklərinizə güvənərək özünüzü rahat hiss edərsiniz.

İmtahana, buraxılış vərəqəsində göstərilən vaxtda gəlin, gecikməyin.

Emosional görünməkdən çəkinmə, nə üçün həyəcanlandığının səbəbi ilə, imtahanda məhz nədən qorxduğunla yaxınlarınla bölüş.

Həyat davam edir, həyat hələ təzə başlayır! İmtahanda uğur bizimdir!

Müəllif : Sevinc Əlizadə – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu

Share to Odnoklassniki