İradə, insanın özünə aid hər sahədə davranış və düşüncələrini tənzimləmə qabiliyyətidir. İnsanın davranış müddətini, tezliyini, intensivliyini tənzimlədiyi və davranışını müxtəlif vəziyyətlərə görə dayandırması, başlatması və ya təxirə salması kimi qəbul edilmiş davranışları sərgilədiyi vəziyyətdir. İradəsi bir insanın həyatının çox böyük bir hissəsidir, çünki iradəsiz insan cəmiyyət tərəfindən qəbul edilən və sağlam qəbul edilən bir çox davranışdan uzaqdır. İradə, fərdlərin məqsədyönlü davranışlarını dəyişən vəziyyətlərə uyğunlaşmasını təmin edən bir xüsusiyyətdir. İnsanlar iradə sayəsində dürtü və istəklərini idarə edir, davranışları və qərarları üçün məsuliyyət daşıyırlar. İradə insana arzuolunmaz davranışlardan qaçmağa imkan verir.
İnsanın öz-özünə yetərli olması, müstəqil və öz davranışlarını özü idarə edən vəziyyətinə azad iradə deyilir. Psixologiyada iradə özünə nəzarət kimi tanınır.
İradənin inkişafı.
İradə yalnız psixologiyanın müzakirə etdiyi bir mövzu deyil. Fəlsəfə və din də iradə ilə çox əlaqəlidir. Filosoflar və psixoloqlar uzun müddət özünə nəzarətin necə inkişaf etdiyini müzakirə etdilər. Ailənin davranışı iradənin inkişafında böyük əhəmiyyətə malikdir. Həyatın ilk illərində uşaqlar ətrafdakı insanları müşahidə edir və davranışlarını onlardan öyrənirlər. Bu səbəbdən özünə nəzarəti aşağı olan ailələrin övladlarında aşağı özünə nəzarət var.
Eyni zamanda inkişaf modelinə görə ilk 6 ildə iradə gücünün təməli qoyulur. 3 aydan 12 aya qədər körpələrdə motor hərəkətlərinin inkişafı prosesidir. Bu müddətdə körpələr tutma, çatma kimi motor hərəkətlərlə məşğul olur və davranışlarını dəyişdirmə qabiliyyətini öyrənirlər. Bu hərəkətlər körpələrə davranışı davam etdirməyi və bitirməyi öyrətdikcə, körpələr davranış dəyişikliklərini kəşf edirlər. Bu mərhələdən sonra, 12-dən 18-dək körpələr əmrlərə əməl edə, məqsədyönlü davrana, davranış, duyğu və ünsiyyəti idarə edə bilirlər. Səbəb və nəticə əlaqəsi, problem həll etmə, istək və gözləntiləri təxirə salma kimi davranışlar 36 aydan sonra müşahidə olunur. Başqa sözlə, iradənin məktəbəqədər yaşa qədər inkişaf etdiyi düşünülür. Bu dövrün sağlam keçməsi iradə gücünün inkişafında çox vacibdir.
Niyə iradə vacibdir?
Məlumdur ki, yüksək iradəli insanlar həyatlarında daha uğurludurlar. Bu insanlar daha az psixoloji problemlə qarşılaşırlar. Bu insanların digərlərinə görə daha
Etibarlı ;
Calışqan ;
Yolagedən ;
Səbirli ;
Güzəşt edən ;
Stresslə mübarizə aparmaq üçün güclü olduqları bilinir.
İradəsi zəif olan şəxslərdə:
Şiddət ;
Nəzarətsiz xərcləmə ;
Uğursuzluq qorxusu ;
Asılılığa meyil ;
Narahat olma ;
Risk alma ;
Nizamsız pəhriz ;
İmpulsiv davranış kimi davranış problemləri görülür.
İradəni necə gücləndirə bilərik?
İradə məktəbəqədər dövrdə formalaşsa da, həyatın bütün sahələrində gücləndirilə bilər. İnsanlar gələcək üçün qərar verərkən daha çox iradəli olma meylinə sahibdirlər.
Bu səbəbdən bank hesabları açmaq və 1 il ərzində hər ay müəyyən miqdarda pul qoymağa çalışmaq iradə gücünü gücləndirmək üçün yaxşı bir məşq ola bilər.
İşin görülməsi üçün özünə müəyyən bir vaxt vermək və işi o zamana qədər bitirmək iradə baxımından yaxşı bir məşq olacaqdır.
Gələcək üçün qərarlar qəbul etmək və bu müddət ərzində qərar qəbul etmək üçün addım atmaq iradə gücünü gücləndirmək üçün çox vacibdir.
Həyatın bütün sahələrində hədəflər qoymaq və bu hədəflərə sadiq qalmaq gücü artır. Kiçik hədəflərdən başlamaq uğursuzluq riskini azaldacaq və insana iradə gücünü xatırladır. Zaman keçdikcə hədəflər böyüdülsə və iradə güclənərsə, böyük hədəflərdən məyus olmaz.
Bütün bu məşqlər və davranışlar zamanı insan özünü izləməli və iradəsinin zəif nöqtələrinin fərqinə varmalıdır. Bu məqamları tanıdıqdan sonra üzərində işləmək lazımdır.
Müəllif : Günay Məmmədova – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu