Xərçəng xəstələrinə psixoloji dəstəyin vacibliyi

25492

Xərçəng müəyyən bir toxuma və ya orqandakı zərərli hüceyrələrin idarəsiz bir şəkildə birləşərək şiş əmələ gətirməsidir. Xərçəng – bədənimizdə bir hüceyrənin günün birində böyüyüb çoxalması nəticəsində ortaya çıxan bir xəstəlikdir. Vücudun müxtəlif orqanlarında yarana bilər. Xərçəng olduğunu öyrənən adamın yaşadığı şok, inkar, hirs, kədər, qorxu kimi duyğulara zaman-zaman yoldaşlıq edən günahkarlıq duyğusu, həm xəstə,həm də xəstə yaxınlarının ruhi problemlər yaşamasına yol aça bilir.

Xərçəng xəstəliyi çox yayılmış bir xəstəlikdir.Bundan başqa isə dövrümüzdə getdikcə artan bir problemdir.Bu xəstəlik nəinki çox yayılması ilə insanları narahat edir,hətta insanlar xərçəng kəliməsi keçən cümlələri eşitdikdə də narahat olmağa başlayırlar.Elə bu səbəbə görə də xərçəng diaqnozu qoyulan xəstələrin adətən neqativ reaksiya verməyi gözlənilən bir haldır.Bəzən hər hansı bir xəstəlik diaqnozu qoyulanda da bu insanın həyatında müxtəlif dəyişikliklərə səbəb olur.Xərçəng diaqnozu qoyulduqda isə bu özünü insanın həyatında psixoloji,sosial,ekonomik təsirlərini göstərir.

Xərçəng diaqnozu qoyulan insanlarda fərqli reaksiyalar da ortaya çıxır.Adətən ölüm və aşırı ağrı çəkmə olaraq qəbul olunan xəstəlik,insnaın psixoloji olaraq krizə girməsinə də səbəb ola bilir.Kriz müddətində xəstələrin verdiyi reaksiyaları araşdırmaq lazımdır.Adətən ilk olaraq verdikləri reaksiya şok olmaq və bu vəziyyətə inanmamaqdır.Həqiqəti yox sayaraq bu “qorxunc” olaraqdüşünülən vəziyyətdən qurtulduqlarını düşünürlər.İkinci mərhələdə isə;əsəbilik və depressiya görülür.Adətən “niyə mən?” ilə başlayan cümlələrlə aqressiya və isyan hissinə qapılırlar.

Xərçəng xəstəliyində görünən əsas psixoloji narahatlıqlar.

Xərçəng diaqnozu alan insanın gələcəyə dair gözləntiləri və planları pozula bilər və insan həyatı üzərindəki gücü itirdiyini hiss etməyə başlayar.Bunun nəticəsində qorxu,narahatlıq,çarəsizlik kimi hisslər yaşamağı mümkündür.Ən çox görülən narahatlıqlar isə bunlardır:

☑️Özgüvənin azalması

☑️Depressiya

☑️Psixoz

☑️Anksiyete

☑️Günahkarlıq hissi

☑️İntihara cəhd

☑️Yuxu pozuntuları

☑️Depressiya

Depressiya xərçəng xəstələrində ən çox görülən psixoloji narahatlıqdır.Çox zaman depressiya ilə anksiyete eyni vaxtda xəstəyə təsir edir.Bu isə öz növbəsində daha pis nəticələrə və terapiya müddətinin uzanmasına səbəb olur.Xərçəng xəstələrində depressiyanın əlamətləri bunlardır:

☑️İntihar fikirləri və ya cəhdləri

☑️Kədərli,ümidsiz və “boş” rul halı

☑️Əvvəl zövq aldıqlarından zövq almamaq

☑️Hədsiz yorğunluq və enerji itkisi

☑️Erkən oyanmaq,çox yatmaq və ya yata bilməmək

☑️Xatırlama və qərar vermək barədə çətinlik

☑️Günahkar,dəyərsiz və çarəsiz hiss etmək

☑️Tez-tez ağlamaq

☑️Motivasiya itkisi

☑️Neqativ düşüncələr

☑️İştahda azalma

☑️Cinsəl istəkdə azalma

☑️Fiziki ağrılar

☑️Özünə qapanmaq

☑️Xərçəng xəstəliyinə bağlı anksiyete əlamətləri

☑️İştahsızlıq,ishal

☑️Boğazda düyünlənmə

☑️Uyuşma

☑️Yüksək təzyiq

☑️Əzələ ağrıları,səbirsizlik,kontrolunu itirmək

☑️Derealizasiya,depersonalizasiya

Kilo dəyişikliyi,unutqanlıq və enerji azlığı kimi sipmtomlardan bəziləri xərçəng xətəliyinin özündənvə ya müalicəsindən qaynaqlana bilər. Ancaq bu simptomlardan 5 və ya daha çoxu hər gün 2 həftə boyunca ortaya çıxarsa depressiya ola bilər.Xəstə özünə zərər verməyə çalışarsa mütləq professional dəstək alınmalıdır.

Psixoterapiya və Farmokoloji terapiya.

Xərçəng xəstəliyindən əziyyət çəkən və xüsusilə depressiyanın əlamətlərinin olduğu xəstələr mütləq psixoloji dəstək almalıdır.Əks halda bu vəziyyət onun xəstəlik ilə mübarizə aparmaq gücünü də aşağı salmış olur.Əgər depressiya dərəcəsi normadan yüksəkdirsə,psixoterapiya ilə yanaşı farmokoloji müalicə də almalıdır.Hətta xəstə yaxınlarının da terapiyaya cəlb olunması daha faydalı olmaqdadır.Xəstələrin və yaxınlarının psixoloji hallarındakı düzəlmə və qazandıqları pozitiv baxış tərzi ,həyat şərtlərini və müalicədəki uğur şansını artırmaqdadır.Fərdi seanslarla yanaşı oxşar və ya eyni xəstəlikdən əziyyıt çəkən insnalarla qrup terapiyalarının aparılması da olduqca faydalıdır.

Müəllif : Gülər Zaman – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin klinik psixoloqu

Share to Odnoklassniki