Psixoloji travma və onun nəticələri

GettyImages-639360904

Psixoloji travmanın təhlükəli nəticələri.

Müasir cəmiyyətdə heç bir insan psixikada dərin izlər buraxa biləcək ağır emosional şokdan sığortalanmayıb və buna qarşı heç bir immunitet yaranmır. Bir uşağın aldığı psixoloji travma, yalnız emosional vəziyyətinə deyil, həm də zehni inkişafına mənfi təsir göstərə bilər.

Yetkinlərə isə əgər təsir qalıcıdırsa, psixoloji travma böyük bir təhdid xarakteri daşıyır. Şiddətli stresə qarşı müqavimət dərəcəsi hər bir insanın fərdi xüsusiyyətlərindən asılıdır. Ağır mənfi hadisələr həm psixoemosional, həm də fiziki cəhətdən təsir göstərə bilər. Bu simptomlar isə zehni problemlərlə müqayisə edilir.

Psixoloji travmanın emosional simptomları özünü davranış reaksiyalarında sıçrayış kimi göstərir. Apatiya, passivlik, özünütənqid, qeyri-adekvat aqressiv partlayışlar müşahidə edilə bilər. Həmçinin günahkarlıq hissi, özünüqiymətləndirmənin aşağı olması, özünü faydasız hiss etmə paralel şəkildə müşahidə oluna bilər. Çox hallarda psixoloji travmadan əziyyət çəkən insanlar özlərinə qapanmağa, özlərini cəmiyyətdən təcrid etməyə meyilli olurlar.

Psixoloji travmanın fiziki təzahürləri yuxu pozuntularında müşahidə olunur. Şəxs yuxuya getmədə və yuxunu davam etdirməkdə çətinlik çəkir. Bu, bədənin viral və bakterial xəstəliklərə daha həssas olmasına səbəb olan immun sisteminin zəifləməsinə gətirib çıxarır. Situasiya uzun müddət davam etdiyi təqdirdə isə xroniki və ya müalicə olunmayan xəstəliklərin kəskinləşməsi də baş verə bilər.

Bəzən şiddətli emosional sıxıntıdan təsirlənən insanlar problemin öhdəsindən özləri gələ bilirlər. Əksər hallarda isə yığılmış hissləri özündən kənarlaşdırmağa, səbəblərini başa düşməyə və nəticələrini aradan qaldırmağa kömək edən emosional yardıma ehtiyac duyurlar. Medikamentoz müalicə yalnız psixoloji travmanı qəbul edə bilməyən şəxslərə təyin edilir.

Emosional şokun nəticələrini aradan qaldırmaq üçün professional yardım almaqla həmişə normal vəziyyətə qayıdır. Psixoloqun vəzifəsi son dərəcə diqqətlə və tam fərdi şəkildə hərəkət etməkdir. O zaman depressiya aradan qaldırılacaq və insan psixoloji sağlamlığını bərpa edə biləcək.

Müəllif : Nərmin Quliyeva – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, psixoloq

Share to Odnoklassniki