Qısqanclıq

139098029_2763651447188653_8494803814800766679_n

 

 

 

 

 

 

 

 

 

 

 

Qısqanclıq – şübhə, qurğu düşüncələr və ya mövcud bir rəqabət səbəbindən meydana çıxan, özünə inamsızlıq, natamamlıq kimi duyğularla birlikdə özünü büruzə verən bir hissdir.

Səbəbləri :

▫️Sevilən birinin bir başqasını daha çox sevəbiləcəyini düşünmək

▫️Kiminsə sahib olduğu bir şeyə sahib olma istəyi

▫️Başqasının maddi, ya da mənəvi olaraq daha üstün mövqedə olması ilə bağlı narahatlıq

▫️Başqalarından maddi və mənəvi olaraq daha üstün mövqedə olma istəyi

▫️Bir övlad üçün valideynləri tərəfindən digər qardaş-bacılarından daha çox , ya da daha fərqli sevilmə istəyi

Tipləri :

1. Bacı-qardaş qısqanclığı.

2. Uşaq-valideyn qısqanclığı.

3. Dostluq-iş münasibətlərindəki qısqanclıq.

4. Patoloji / müşahidəli qısqanclıq.

5. Xəyal qırıqlığı fonunda yaranan qısqanclıq.

Qısqanclıq insanın gündəlik həyatına təsir edəcək bir şəkildə narahatlıq yaradırsa, yersiz şübhə və küsməyə səbəb olursa, qısqandığı insanı idarə etmək üçün həddindən artıq səy göstərirsə və başqalarının şəxsi sərhədlərinə müdaxilə müşahidə olunursa, vəziyyət psixoloji narahatlıq kimi dəyərləndirilir və korreksiya olunması tövsiyə edilir.

Qısqanclığın ən çox rast gəlindiyi narahatlıqlar arasında paranoid şəxsiyyət pozuntusu qeyd edilə bilər.

Terapiya prosesində qısqanclığın təməlində duran əsas düşüncə və duyğu müəyyənləşdirilir, fərdin bu duyğunun səbəbi barədə məlumatlandırılması, onun fayda və zərərlərini dərk etməsi prosesinə diqqət yetirilir.

Share to Odnoklassniki