Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov “Şagirdlərə distant psixoloji dəstəyin göstərilməsi məqsədilə məktəb psixoloqları üçün ixtisasartırma təlimləri” -nin məqsədi və əhəmiyyəti haqqında Space TV-yə müsahibə verib.

  • Home
  • Müsahibə
  • Xəbərlər
  • Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov “Şagirdlərə distant psixoloji dəstəyin göstərilməsi məqsədilə məktəb psixoloqları üçün ixtisasartırma təlimləri” -nin məqsədi və əhəmiyyəti haqqında Space TV-yə müsahibə verib.
IMG-20201223-WA0106
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov “Şagirdlərə distant psixoloji dəstəyin göstərilməsi məqsədilə məktəb psixoloqları üçün ixtisasartırma təlimləri” -nin məqsədi və əhəmiyyəti haqqında Space TV-yə müsahibə verib.
Sədr müsahibəsində Təhsil Nazirliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən layihənin məqsədinin məktəb psixoloqlarının böhran vəziyyətində olan şagirdlərə onlayn psixoloji dəstəyin göstərilməsi üçün bilik və bacarıqlarının artırılması olduğunu qeyd edib.
Elnur Rüstəmov bildirib ki, təlimlərin əsasını şagirdlərin təhsildə geriləmə, aqressiv davranışlar, ünsiyyət problemlərinin və s. müəyyənləşdirilməsi üçün üsul və vasitələrdən istifadə, müəllimlər və valideynlərlə işin təşkili yolları təşkil edir.
“Təlimlərə ölkə üzrə 800 nəfər məktəb psixoloqu cəlb olunub və təlimlər Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən Microsoft Teams platforması üzərindən hər biri 30 nəfər məktəb psixoloqundan ibarət qruplar üzrə tədris olunur”- deyə sədr əlavə edib.
Ek alanı
Share to Odnoklassniki